Adil həkimi haqsız yerə qınamaq və ona qarşı ittihamlar səsləndirmək yersizdir
14-09-2020, 00:01
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Tofiq Yaqublunun xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılmışdır. Teref.az xəbər verir ki, ADR hərəkatının rəhbəri Qubad İbadoğlu yazır. Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”a T.Yaqublunun köçürülməsi ilə bağlı müraciət etmişdir. Dostlar, göründüyü kimi Tofiq Yaqublunun özünün xahişi ilə Adil Qeybulla bu prosəsə cəlb edilmişdir. Adil həkim Tofiq bəyin ailə həkimidir. Maya xanımın avtoqəzadan sonra onun əməliyyatı da “City Hospital”da uğurla aparılıb. Bu prosesdə də Adil bəyin əhəmiyyətli rolu olub. Bununla yanaşı, Tofiq bəyin həbsə qədər də müayinəsi və müalicəsi də Adil həkimin nəzarəti ilə aparılırdı.Çünki, Tofiq bəy Adil həkimə güvənirdi. Odur ki, Adil həkimi haqsız yerə qınamaq və ona qarşı ittihamlar səsləndirmək yersizdir. Tofiq bəyə şəfa arzulayıram. Azadlıq Tofiq Yaqublunun haqqıdır.