"TÜRKİYƏ" QƏZETİ: "ƏLİ HƏSƏNOV FETÖ İLƏ ORTAQ OLUB"
14-09-2020, 15:53
!["TÜRKİYƏ" QƏZETİ: "ƏLİ HƏSƏNOV FETÖ İLƏ ORTAQ OLUB"](/uploads/posts/2020-09/1600084438_1.jpg)
Türkiyədə hakimiyyətə yaxın nəşr olunan qəzetlərdən birində prezident İlham Əliyevin keçmiş köməkçisi Əli Həsənovun FETÖ-çu olması barəsində material dərc olunub. JAMAZ.İNFO "Türkiyə" qəzetinə istinadən xəbər verir ki, hazırlanan materialda Əli Həsənovun uzun müddətdir FETÖ-nun Azərbaycandakı ən vacib tərəfdaşlarından biri olduğu qeyd olunub.
Yazının müəllifi Cem Küçük qeyd edir ki, bunun ən bariz nümunəsi kimi Azərbaycanda fəaliyyət göstərən "Xəzər” televiziyası ilə Həsənovun əlaqəsi göstərilir. Azərbaycanda əvvəlcədən "Samanyolu" televiziyasının Baki bürosu kimi fəaliyyət göstərən "Xəzər" TV bank ASYA krediti ilə yerli yayım kanalına çevrilmiş və 2013 dekabr hadisələrindən sonra Həsənovla ortaqlıq etməyə başlamışdır. "17-25 dekabr aralığında Bakını ziyarət edən FETÖ təmsilçisi Faruk Taban Əli Həsənovla görüşərək FETÖ kadrlarının kanalında fəaliyyətinin davam etdirilməsini təmin olunub. "Samanyolu" televiziyasnın Türkiyədəki reklam departamenti rəhbəri Mehmet Özkundaqçının qardaşı Gökan Öztukdakçı idi və beləcə FETÖ "Xəzər” TV vasitəsilə Əli Həsənovla reklam gəlirlərinə də ortaq olmuş oldu".
Cem Küçük iddia edir ki, Əli Həsənov vəzifəsindən çıxarılsa da, amma dövlətin içində kadrlarının qalması, eyni zamanda nəzarət etdiyi böyük pullar onları hələ də güclü saxlayır. "Həsənovun Avropada məskunlaşmış bəzi adamları var ki, onlar qələm əhlidirlər. Onlar sosial mediya və Youtube üzərindən İlham Əliyev və hakimiyyət əleyhinə kampaniyalar aparırılar".
Lakin müəllif onların kimliyi ilə bağlı hər hansı bilgi verməyib.
Yazıda o da qeyd olunur ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və ona bütün hallarda dəstəkdir.