Politoloq sülh müqaviləsinin Azərbaycana xeyr və ziyanından yazdı.....
11-11-2020, 07:30
Qəribə adamlarıq, hazırda əlimizdən gedən imkanlardan danışmırıq, gələcək üçün mənasız konfiqurasiyalar qururuq. Biz bu müharibəni udduq, rəşadətli Azərbaycan ordusu ermənilərə yaxşı dərs verdi, gerçəkdən ermənilər döyüşdə uduzdu. Hesab daha böyük ola bilərdi, əgər davam etsəydik. Sadəcə dünənə qədər şəhidlərimizin qanı və canı hesabına qazandıqlarımızı "sülh göyərçini Rusiya" ilə bölüşdük. Rusiyaya bunun müqabilində bizə nə verib, nə vəd edib, deyə bilmərəm.
Teref.az yazır ki, bunu Qubad ibadoğlu öz qeydlərində yazıb. Daha sonra Qubad bəy yazır:
Sadəcə iqtisadçı kimi onu proqnoz edə bilərəm ki, Rusiya əsgərlərinin Azərbaycan ərazisində ən azı 5 il, ola bilər ki, ömürlük qalması hazırda iqtisadiyyatımız üçün hava və su kimi vacib olan xarici sərmayələrin gəlişini azaldacaq, avro-atlantik məkanına inteqrasiyanı ləngidəcək. Azərbaycan iqtisadiyyatı rus mühərriki ilə işləyəcək, yenə də neftdən qazadığımız milyardları rusiyanın mənasız hərbi texnikalarının və silahlarının alınmasına xərcləyəcəyik, yenidən rus dilini öyrənməyə, rus əsgərlərinə kabab yedizdirməyə başlayacagıq. Bununla yanaşı, rus hərbi qulluqçularının saxlanması xərclərini də biz ödəyəcəyik.
Müharibə dayandı, amma problem tam çözülmədi. Qarabağ bölgəsi beynəlxalq arenada hələ uzun müddət Rusiyanın nəzarətində və idarəçiliyində olan münaqişə zonası kimi tanınacaq.
Hamı Azərbaycanla Naxçıvan arasında quru yollarla kommunikasiyanın yaranacağından danışır, amma heç kəs bundan daha çox imkanlardan Rusiya və Ermənistanın da bəhrələnməsindən bəhs etmir. Naxçıvana yolu Rusiya bizə görə deyil, Azərbaycan ərazisindən istifadə edib, Ermənistana yüklərini daşımaq üçün açır.
Ermənilərə gəlincə, onlar Qarabağı itirməmək üçün bu sazişə getdilər. Çünki, tarix boyu onları bu qorxusu indiki qədər böyük olmamışdı.
Hələ müqavilənin detalları açıqlanmayıb, adətən belə razılaşmalar çox detallı olur. Çünki, açıqlanan sənəddə münaqişənin tənzimlənməsində Türkiyənin iştirakından, statusundan və rolundan bəhs olunmur, "təmas xətti" dəqiq təsvir edilmir. Bunları sorğulayan yoxdur, heç kəs 1-2 il sonranı düşünmək istəmir, əksəriyyət eyforiyadadır. Gözləyək, yeni məlumatlar əldə etdikcə durumu yenə də şərh edəcəm.
Allah şəhidlərimizə rəhmət eləsin!