İşçilərə ödənişli məzuniyyətlərin verilməsi məcburidirmi?

Bu gün, 08:24           
İşçilərə ödənişli məzuniyyətlərin verilməsi məcburidirmi?
Son dövrlərin ən aktual mövzularından biri, bu sahədə fəaliyyət göstərən bəzi vəzifəli şəxslərin, hüquqşünas, mütəxəssis və digər şəxslırin məzuniyyətin məcburi olmaması barədə fikirləridir. Bu barədə olan fikirləri düzgün hesab etmirəm. Belə ki, işçiyə əmək məzuniyyətinin verilməsi Əmək Məcəlləsi İlə məcburidir, bu məcburiyyət bu Məcəllənin bütün maddələrində məzuniyyət barədəolan maddələrində də öz əksini tapıb. Bu hüquq Məcəllədə işçilərin hüququ, işəgötürənin isə vəzifəsi kimi öz əksini tapıb.
Əlbəttə AR-sının Əmək Məcəlləsində işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasındahəyata keçirilən digər məzuniyyət hüquqları da var, nəzərdə tutulur, məsələn, işçiyə verilə bilən ödənişsiz məzuniyyət hüquqları kimi. Eyni zamanda digər məzuniyyətlərin məcburi olması barədə, məsələn, ödənişli əmək məzuniyyətinin verilməsi. Bu məzuniyyətlər həm də ona görə məcburidir ki, işçilər il ərzində itirdikləri əmək qabiliyyətini bərpa edib, istirahət etsinlər. Məzuniyyət hüququnun məcburi olması barədə sadə bir misal. Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Belə ki:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə AR-sının Əmək Məcəlləsi ilə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsi: Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən: İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.