Zelenski: Ukrayna Putin və Trampın razılaşmalarını tanımır

24-02-2025, 08:24           
Zelenski: Ukrayna Putin və Trampın razılaşmalarını tanımır
Sülh müqaviləsinin şərtləri dövlət və xalq üçün pis olarsa Ukrayna onları tanımayacaq.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransında ABŞ və Rusiya arasında Ukraynanın iştirakı olmadan mümkün razılaşmalar barədə sualı cavablandırarkən deyib.

"Ukrayna üçün pis olan heç bir şeyə imza atmayacağam", - o vurğulayıb.

Zelenski qeyd edib ki, müharibə qurbanı olan Ukraynasız bu müharibəni bitirmək mümkün deyil.

"Əgər ABŞ - hərçənd ki, mən buna inanmıram, amma hər şey ola bilər - biz olmadan ruslarla bizim haqqımızda razılığa gəlsə, onun şərtlərini təsdiq etməyəcəyimiz təqdirdə o sazişdə uğur olmayacaq", - Zelenski qeyd edib.

Zelenski qeyd edib ki, ABŞ prezidentinin əvvəlcə onunla, sonra isə Rusiya prezidenti ilə görüşməsi düzgün olardı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru