Bu qidaları səhər yemək uyğun deyil

24-02-2025, 08:08           
Bu qidaları səhər yemək uyğun deyil
Bütün qidalar səhər yeməyi üçün uyğun deyil.
Bu barədə ABN24 yazır. Ohayo ştatının (ABŞ) Klivlend Klinikasının alimləri tərəfindən aparılan araşdırma göstərdiyi kimi, “ponçik”lər və kolbasa ilə sendviçlər səhər yeməyi üçün uyğun deyil.
Mütəxəssislər deyirlər ki, bunlar qanda şəkərin səviyyəsinin yüksəlməsinə səbəb olan ən pis və ən təhlükəli qidalardır. Bundan əlavə, bunlar belə səhər yeməyi sevənlərdə insulini artırır. Bu da mədəaltı vəziyə təsir edir, çəki artımına və ürək-damar sistemində problemlərə gətirib çıxarır.
Alimlər onu da qeyd edirlər ki, kolbasa ilə çörəkdə çoxlu miqdarda yağ, duz, nitrit və nitrat var. Buterbrodların müntəzəm istehlakı xərçəngə tutulma riskini artırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru