"Tarixi və dini abidələrimiz dağıdılıb. Bütün dünya bunu görməlidir"- İlham Əliyev

23-12-2020, 22:12           
"Tarixi və dini abidələrimiz dağıdılıb. Bütün dünya bunu görməlidir"-
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan və Qubadlı rayonlarına səfər ediblər.

Bizim.Media xəbər verir ki, Mehriban Əliyevanın video paylaşımlarında Prezidentin fikirləri yer alıb:

“Cəbrayıl rayonu ərazisindəyik. Azad edilmiş torpaqlardayıq. Sağ tərəfdə ermənilər tərəfindən dağıdılmış kəndlərimizdir. Gedirik Qubadlı rayonuna”.

Prezident yolboyu dağıdılmış üzüm bağlarını və kəndləri işarə edərək bildirib ki, “Bütün kəndlərimiz, tarixi və dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru