İlham Əliyev: Qubadlı, Zəngilanda bir daha gördük ki, vəhşi düşmən şəhər və kəndlərimizi nə günə qoyub

24-12-2020, 01:04           
İlham Əliyev: Qubadlı, Zəngilanda bir daha gördük ki, vəhşi düşmən şəhər və kəndlərimizi nə günə qoyub
“İndi Zəngilanın gözəl təbiətini seyr edirik. Görün necə gözəl yerlərdir. İndi isə Zəngilandan Bakıya qayıdırıq.

Qubadlı, Zəngilan rayonlarında olarkən bir daha gördük ki, vəhşi düşmən bizım şəhər və kəndlərimizi nə günə qoyub. Otuz il ərzində işğal altında olan torpaq öz sahiblərinə qayıdıb. Biz qayıtmışıq, düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq və bir müddətdən sonra həyat tam bu bölgəyə qayıdacaq inşallah!”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı və Zəngilan rayonlarına səfərdən qayıdarkən deyib.

Dövlət başçısının videogörüntüsünü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.