Neftsiz büdcəmiz dövlətin cari xərclərini belə tam ödəmir...

25-12-2020, 10:15           
Neftsiz büdcəmiz dövlətin cari xərclərini belə tam ödəmir...
Uzun illərdir ki, Azərbaycanda dövlət büdcəsi daha çox neft pulları hesabına formalaşır. Neftsiz büdcəmiz dövlətin cari xərclərini belə tam ödəmir.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyir. Daha sonra Qubad İbadoğlu yazır:
Belə ki, 2021-ci ildə dövlət cari xərclərə ümumi xərclərin 63,1 faizi və ya 18,01 milyard manat vəsait ayrılacaq. Gələn il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi və ya 11,65 milyard manatı qeyri-neft sektorunun payına düşəcək. Beləliklə də qeyri-neft sektorunun gəlirləri ən yaxşı halda cari xərclərin 64,7 faizinə bəs edəcək. Bu isə o deməkdir ki, büdcəyə neft pulları transfert edilmədiyi halda qeyri-neft sektorunun hazırkı potensialı ilə ən vacib xərclərin (idarəetmə, əmək haqqı, sosial müavinət və sairə) hər 3 manatdan 1 manatı kəsirdə qalacaq. Bildiyiniz kimi büdcə yalnız cari xərclərdən ibarət deyildir. Gələn ilin büdcəsinin 29,2 faizi və ya 8,3 milyard manatı əsaslı xərclərə, 7,7 faizi və ya 2,2 milyard manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
Başqa ölkələrlə müqayisəyə gəlincə, neft gəlirləri çıxılarkən büdcə mövqeyimiz xeyli zəifləyir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru