"Qarabağın Həcəri" Prezident-ə müraciət etdi :"Bu özbaşınalığı,talanı Sizə çatdlrmaq borcumdur."

25-12-2020, 11:36           
"Qarabağın Həcəri"  Prezident-ə müraciət etdi :"Bu özbaşınalığı,talanı Sizə çatdlrmaq borcumdur."
Teref.az 1-ci Qarabağ savaşında "Qarabağın Həcəri" adı ilə məşhurlaşmış qazi Səbirə Mahmudova sosial şəbəkə vasitəsi ilə azad olunmuş torpaqlarda gedən talan barədə Prezidentə müraciət edərək məlumat verib. Müraciətdə deyilir:
"Cənab prezident!
Qan bahasına azad etdiyiniz Talışda və Suqovuşanda torpaqlardan tutmuş minlərlə arı yeşikləri,fermalar,traktorlar, kombaynlar, bütün maşın mühərrikləri Müstəqimin və mafiyasının bölgüsündədir.
Artıq balıq göllərinin də bölgüsü aparılıb. Vergi idarəsi orda gücsüzdür, onlara qarışa bilmədiklərini etiraf edirlər.Tərk edilmiş evlərdən çıxarılan məişət əşyalarını da öz adamlarına daşıtdırır.Bu özbaşınalığı,talanı Sizə çatdlrmaq borcumdur.
Müharibə vaxtı Tərtər camaatına gələn yardımı,əsgər yardımını mənimsəyən,Tərtəri özəlləşdirən başçıya əncam çəkəcəyinizə ümüdliyik.
Qəhrəman Tərtəri çökdürən başçının burdakı mal-mülki kasıb rayonda dillər əzbəridir."
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru