Birinci Qarabağ müharibəsi iştirakçıları da yaddan çıxmamalıdır – Siyavuş Novruzov

25-12-2020, 23:46           
Birinci Qarabağ müharibəsi iştirakçıları da yaddan çıxmamalıdır –
“Şəhid ailələri və Qarabağ əlillərinin mənzil və avtomobillərlə təminatı indiyə qədər həyata keçirilirdi. İkinci Qarabağ müharibəsindən sonra bu məsələyə diqqət daha da artıb”.

Bu sözləri Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Komitə sədri qeyd edib ki, Birinci Qarabağ Müharibəsi iştirakçıları da yaddan çıxmamalıdır: “O insanlar döyüşən zaman nə silah, nə Ali Baş Komandan var idi. O insanlar taborlarla döyüşmüşdülər, onların arasında şəhid və əlil olanlar var. Gələcəkdə onların da müavinət və pensiyalarının artırılmasına diqqət yetirilməlidir ki, ayrı-seçkilik olmasın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru