Bu qana kim cavab verəcək?

26-02-2021, 10:14           
Bu qana kim cavab verəcək?
1. Ağdam qaçqınlar şəhəri
Fevralın 27-də səhər tezdən Ağdamda qatardan düşüb şəhərə girəndə ilk eşitdiyimiz söhbət “Xocalı da belə getdi” – sözləri idi. Mehmanxanada, küçələrdə, avtobus dayanacaqlarında yurdsuz-yuvasız adamlara rast gəldik. Ağdamda saysız-hesabsız qaçqınlara Xocalıdan təsadüfən sağ qalanlar da əlavə olunmuşdu. Ac-susuz, soyuqdan çığırışan körpələrin səsi, anaların fəryadı bir-birinə qarışmışdı. Müharbənin ağır nəfəsi artıq səhərin özündə də duyulurdu. 27 fevralda şəhər evlərindən birinin pilləkəninə ilk “Alazan” düşüb. Adını bildirmək istəməyən bir nəfər belə bir ağır zamanda “inanılmış” milis işçilərinin 29 fevrala təyin olunmuş mitinqi dağıtmaq üçün Bakıya çağırıldıqlarını dedi.

2. Müvəkkil qaçıb
Prezidentin Qarabağ üzrə müdəkkilinin Qərargahının qarşısındakı insan izdihamını yarıb qapıya yaxınlaşdıq. Səlahıyyətli mənbələrdən ilkin məlumat almaq istəyirdik. Bizi qarşılayan milis işçiləri aşağıdakıları bildirdilər: “Biz bu gün səhər saat 9.00-da Bakıdan gəlmişik. Biz gələndə burada heç kəs yox idi. Prezidentin Qarabağ üzrə müdəkkili Musa Məmmədov gecə saat 5.00-da qaçıb. Camaat gecə binaya hücüm edib, hətta içəridə güllə də atıblar”.

3. Fərhad həkimin söhbəti
Cəppahiyyə şöbəsinin qapısı növbəti cənazəni çıxarmaq üçün açılanda müxbir vəsiqəsinin köməyi ilə birtəhər içəri daxil ola bildik. Cərrahiyyə şöbəsinin müdiri Baxtiyarov Fərhad Əşrəf oğlu bizi 27 fevral saat 10-na qədər olan vəziyyətlə tanış etdi:
- Yaralılar fevralın 26-dan səhər saat 6-dan daxil olmağa başlayıblar. İndiyə qədər 120 nəfərə tibbi yardım göstərilib. 10 nəfər Bakıya göndərilib, 20 nəfər ağır yaralıdır, 70 nəfərdən çox müxtəlif dərəcəli güllə yaraları almış və yollarda şaxta vurmuş xəstələr şöbəmizdə saxlanılır. Meyidxanaya indiyə qədər 15 nəfərin meyidi daxil olub. 2 nəfər cəppahiyyə əməliyyatı zamanı keçinib, 2 nəfər isə donub ölüb. 8 nəfər təcili Bakıya aparılmalıdır. Ümumiyyətlə, ilk tibbi yardım göstərilənlərin hamısını Bakıya və ya müxtəlif rayonlara aparmaq lazımdır. Ona görə ki, qaçqınlar hələ indi kütləvi şəkildə gəlməyə başlayıblar. Bakıdan, Yevlaxdan, Bərdədən cəppahlar çağırmışıq. Neyrocəppahiyyə əməliyyatları apara bilirik. İki nəfərin ürəyindən güllə çıxarmışam. Gecə elə olub ki, bir dəfəyə iki stolda əməliyyat aparmışam. Beş-altı nəfər cəppahımız var. İki nəfərini də müharibənin bu vaxtında kursa göndəriblər. Kurs cəbhədə keçirilməlidir. Bakıdan göndərilən mütəxəssislər də bilmirsən, həkimdir, ya nədir? Əllərindən heç bir iş gəlmir. Yaralar, əsasən, avtomat və BTR güllələrinin yaralarıdır. 7,62 kalibrli güllələri çıxarmaq asan olur. Amma 5.45 kalibri güllə dəyənləri, adətən, xilas etmək mümkün olmur.
Şöbə müdiri müxtəlif ölçülü bir neçə güllə götürüb bizə göstərdi. Və bildirdi ki , elə bu gecə cəppahlar yüzdən çox belə güllə çıxarıblar. Fərhad bəy həkimlərdən Sadıq Əzimov, Mətanət Abbasova, Vaqif Həsənov, Zirəddin Abbasov, Mehman Babayev, Camal Mehdixanov, həmçinin Bakı şəhər təcili yardım xəstəxanasından anestozoloq Nizami Hacıyev, travmotoloq, tibb elmləri namizədi Paşa Yusifovun fədəkarlıqlarından danışdı. Həkimlər televiziyanın “24 saat” verilişindəki həyasızlıqdan narazı qaldıqlarını bildirdilər və bu barədə imzaladıqları müraciəti qazetimizdə çap etdirməyi xahiş etdilər.

4. Arzun nədir, əmi?
Cərrahiyyə şöbəsində palatalara girib yaralarla söhbət etmək istəyirdik. Adını soruşduğumuz birinci xəstə hərəkətsiz halda donuq gözləri ilə üzümüzə baxır. Həkim Paşa Yusifov: Bilalov İsmayıldır, indi gətiriblər. Yolda donub, hələ danışa bilmir.
Yunus Orucov (Xocalı aeroportun mühafizəçisi, XTMD): - Həmin gün mən növbədə deyildim. Bizimkilər axıra kimi vuruşublar. Deyilənə görə komandirimiz Əlif Hacıyev də həlak olub. Aeroport onların əlinə keçib.
Cabbarov Saday Əli oğlu (Xocalı sakini): - Ermənilər rus hərbçiləri ilə birlikdə BMP-lərlə Həsənabad, Mehdikənd, Əsgəran, Noragur, Haray tərəflərindən hücuma keçdilər. Milli Ordu ayağa qalxdı. Ermənilər Qaradərəsi kəndini yandırdılar, camaat qaçıb Xocalıya gəldi. Biz imkan tapıb Xocalıdan çıxınca ermənilər hər tərəfdən şəhərə doluşdular. Çoxlarını elə evindəcə güllələdilər. Qonşumun zirzəmisində 50-dən çox adam var idi. Nə qədər elədim, çıxmadılar. Əsgəranı keçib dərəyə enəndə bir UAZ, iki BMP gəldi. Bizi iki yerə ayırdılar, tutdular gülləyə. Bəxti gətirən sağ qaldı. Elə məni də orada vurdular. Qızım yanımda idi, məni vuranda dedim ki, qaç canını qurtar. İndi qəlib çıxıb. Şelli camaatı olmasaydı hamımızı qıracaqdılar. Bir aydır Xocalının ətrafla əlaqəsi kəsilib. Tamerlan Qarayev bizim sədrə zəng edib dedi ki, yarım saatdan sonra gəlirik. Bizi aldatdılar. Biz bilsəydik ki, bizim yiyəmiz yoxdur, vaxtında başımıza bir çarə tapardıq. Belə də biqeyrətlik olar?
- Əmi, bəlkə bir arzun var?
- Evimdə yaşamaq istəyirəm. Bir də arzum odur ki, mənim balararımın başına gələnlər Ayazın balasının başına gəlsin. Bəlkə onda bir qeyrətə gələ. Ondan niyə soruşmusuz ki, bu xalqı niyə qırırsan?
Salmanov Elbrus İsmayıl oğlu (1948-ci il təvəllüdlü, Şelli kənd cakini): - Hadisəni eşidən kimi bizim partizan dəstəsi 12 nəfərlə köməyə getdik. Heç bir texnikamız yox idi. 6 nəfərimiz əvvəldər Naxçıvanikə hücüm edəndə ölüb. Naxçivanikə girən yolda adamlar var idi: 25 nəfər sağ adam, 12 nəfər yaralı. Bizdən sonra gedənlərlə birlikdə 80 nəfərə yaxın adam xilas eləyə bilmişik. Bunlardan 30 nəfəri 1-3 yaşlı uşaqlardır. Dəstəmizin üzvləri 2 uşağı övladlığa götürüblər. Mən də elə orada üç yerdən yaralandım.
- Niyə uzanmırsınız?
- Erməni nə köpəkoğludur ki, onun üç gülləsi ilə mən yıxılam. Mənə təsir edən rəhbərlərimizin namərdliyidir. Hərbi texnika şəxsi qapılarda saxlanır.
Ələkbərova Hicran (Xocalı kənd sakini): - Naxçivanik ətrafında yaralanmışam. Bizi Şellidən gələnlər xilas eliyib. 100 nəfərə yaxın adam gəlib. Qardaşımdan xəbərim yoxdur. Bizi alladıb Xocalıda bu gün üçünmü saxlayırdılar?

5. Şelli aşırımında
Qaçan camaatın əsasən, Şelli kəndi tərəfdən dağlardan, meşələrdən keçib gəldiyini öyrənib ora yollandıq. Şelli kəndindən köməyə gedənlər 80 nəfərə yaxın adam xilas eləyə bilmişdilər. Gələnlər iki gün qarın içində ac-susuz qalanlardır. 13-14 yaşlı bir oğlanın evdən ayaqyalın çıxdığından, bir sutkadan çox qarın içində qaldığından hər iki ayağını şaxta vurmuşdu.
Aslan əmi: - İki qızıma gözümün qabağında güllə dəydi. Hər ikisi ölüb. Gecə səhərə qədər huşumu itirib suyun içində qalmışam.
Gələnlərdən bir nəfər bizə bir cib dəftərçəsi göstərdi. Dəftərçə ölmüş sahibinin cibindən düşüb. Üstündə “Hümbətov Mədətdin Rəhimov Allahverdiyə yadigar” sözləri yazılmışdı. Kamran və Ramiz Nəsirov qardaşları bir gündən artıq yollarda, meşələrdə düşmənlə vuruşa-vuruşa gəliblər. Kamranın dediklərindən:
Kənddə biz tərəfdən 200 nəfərə qədər silahlı adam var idi. Hücüm xəbərini eşidən kimi hamımız döyüş mövqeyi tutduq. Hər tərəfdən bizi BMP-lərlə mühasirəyə alıb atəşə tutdular. Çıxış yolu yalnız meşədən idi. Camaatın heç olmasa kənddən çıxmasına çalışırdıq. Əsas döyüşənlər Milli Ordunun yerli əsgərləri və 21 nəfər Bakıdan gələn əsgər idi. Çoxunu taleyi naməlumdur. Mən bilən hələ Xocalının özündə 100 nəfərə qədər adam ölmüşdür. Kənddən çıxandan sonra çoxlu itkilərimiz oldu. Ermənilər yollarda əvvəcədən pusqular qurmuşdular. Meyidlərin üstündən adlayıb gəlmişik. Hətta bir yerdə bizə qəflətən hücüm elədilər. Körpə uşaq anasının bir-iki addımlığında idi. Ana ələ düşməmək üçün uşağı yata-yata qoyub qaçdı.

6. O tüstülənən Xocalıdır
Meşələrə, təpələrə səpələnmiş ölənləri və yaralalanları götürmək üçün iki döyüş vertolyotu göndərildi. Qardaşının, övladlarının hələ də sağ olduğuna ümid edən adamlarla Əsgəran ilə üzbəüz dağın başına qalxdıq. Döyüş vertolyotları düşmən mövqelərinə atəş açaraq yük vertolyotunun müxtalif yerlərə qonaraq ölülərin və yaralıların götürülməsinə şərait yaradırdılar. Milli Ordunun əsgəri, Dövlət İncəsənət İnstitunun tələbəsi Mübariz Kərimov: - Üzbəüz durduğumuz Əsgəraidır. Bax, o tüstülənən də Xocalıdır, - dedi.

7. Qaçqın meyidlər və ya ölmüş balasını görüb sevindi
Yəqin ki, Ağdam rayonunun bütün “təcili yardım” maşınları səfərbər etsək də ölənləri daşımaq bəs eləməzdi. Əllə gətirilən ölülərdən başqa yük vertolyotları da dalbadal uçuşlar keçirib yollarda qalıb donmuş, palçığla batmış meyitləri aeroporta daşıyırdı. Oradan isə ölənlər yük maşına ilə məscidin həyətinə gətirilirdi. Biz məscidin həyətinə gələrkən bir dəfəyə 7 tabuq qaldırıldı. Yük maşınından isə təzəcə gətirilmiş 7 meyid düşürüldü. Üç yaşlı körpənin qanlı bədənini görən heç kəs özünü saxlaya bilməzdi. Əvvəlcə basdırılanlardan da ikisi bir yaşında və yaş yarımlıq körpələr idi.
Yük maşınlarından meyidlər düşürüldükcə gözləyənlər onları dövrəyə alır, axtardıqları adamın ölüsünü tapanda hətta elə bil ki, sevinirdilər. Əri öldürülmüş bir qadına uşağının da öldüyünü heç kəs subut eləyə bilmirdi. Halbuki fakt göz qabağında idi.

8. Xəbər varmı?
Düşmənin tam şəkildə məhv etdiyi kəndlərdən biri də Qaradağlıdır. Qaradağlıya hücüm zamanı kənddə olan 114 nəfərdən, o cümlədən Milli Ordunun 12 əsgərindən yalnız bir nəfər salamat qalıb. Qalan 113 nəfərin taleyindən heç kəsin xəbəri yoxdur. Bu gün qaçqınlar kimi Ağdamın küçələrinə səpələnmiş qaradağlılar bir-birini gördükdə nə isə ümidverici bir söz eşitmək həsrətiylə “Bir xəbər varmı?” – deyə soruşurlar. Hələlik isə ümidverici heç nə eşidilmir. Qaradağlı sakinlərindən biri beli bükülmüş qocanı göstərib: “Yeddi övladından iki qızı qalıb”, - dedi.

9. 2, Yoxsa 2000?
Ağdamda bu gün Azərbaycan televiziyasının tutduğu mövqe də camaata bir yandan mənəvi zərbə vurur. Bu işdə “24 saat” xususi rol oynayır. Ağdam xəstəxanasının həyətində yaşlı bir kişi qazetdən olduğumuzu bilib. Vüsal Əfəndiyev haqqında dedi:
- Ona deyin ki, televiziyada ağzına gələni danışmasın. Bir də ki, qoduğun eşşəkdən qabaqda getməyini o gədə öz hərəkətləri ilə subut eləyir.
Həkim Paşa Yusifov:
- Moskvadan xəbər verdilər ki, ermənilər Xocalını ələ keçirib. Bizim televiziya isə 2 nəfərin həlak olduğunu xəbər verir. Əslində isə 2000 nəfərin taleyi məlum deyil. Xahiş edirəm, bizim müraciəti çatdırın.
Milli Ordunun əsgəri Mübariz Kərimov:
- O söz “qəhrəmanı” hansı qanuni prezidentdən danışır? Mən şəxsən Mütəllibovun azərbaycanlı olduğuna şübhə edirəm. Hələ onun qanuni prezident olduğunu demirəm. Mən o yaltaq söz “qəhrəmanı”nı vicdanını itirmiş alçaq adlandırıram. Üzümü Vüsal Əfəndiyevə tutub deyirəm: “Pişik kimi yaşamaqdansa, kişi kimi ölmək yaxşıdır”.

10. Bu qana kim cavab verəcək?
“Kömək” deyə inildəyən Xocalı camaatının fəryadı altında “Moskovskaya novosti” qazetində bacısının və qardaşının həyat yoldaşlarının yüngül əxlaqlı olmasından, öz iki bortlu kostyumundan, güllü qalstukundan, uşaqlıqda hamıdan qəşənk geyinmədindən, yaxşı kəkili olmağından dəm vuran prezident?
Prezidentin gündə panaq kimi deyişdiyi müdafiə nazirləri?
Ətrafinda partıayan, neçə-neçə insan həyatını məhv edən bombalar altında da rüşvət almaq, nul yığmaq hərisliyini gizlədə bilməyən müxtəlif dərəcəli “balaca padşahlar”, müvakkillər?
Mənasız güzəştlər edən, dəfələrlə aldadılan, xalqın son ümid çırağını da söndürən müxalifət?
Televizorda söyüş dolu mətiləri hecalaya-hecalaya oxuyan simasızlar, həqiqəti hər vasitə ilə xalqdan gizli saxlamağa çalışan satqınlar?
Prezidentin onların ziyarət etdikləri Məkkədən, dikər müqəddəs yerlərdən daha müqəddəs olduğunu əlində təsbeh xalqa subut etməyə çalışan, öz xəsis niyyətlərini əmmamə altında gizlədib yerlərini möhkəmlətməyə məhd edən hacılar?
Azərbaycan xalqı?!
O körpələrin bədənlərindən axan qanlar, balası ölmüş anaların iniltisi, donub ölmüş qocaların ah-vayı yerdə qalmayacaq. Bu qan səni, məni, onu, bizi, hamımızı tutacaq!
Kölə biganaliyindən əl çək. Qalx ayağa, ruhunu köləlikdən, torpağı düşməndən xilas elə. Bəlkə günahlarını yuya bildin...
Səfxan Cəfəroğlu

P.S. Ağdamdakı etibarlı mənblərin verdiyi məlumata görə, Əsgəran şəhərinə hucumla bağlı təşkil olunmuş əməliyyat 21 fevral 1992-ci il tarixdə iki nəfərlə (biri hərbiçi Şahin Cahangirov olmaqla) Ağdam gələn Tamerlan Qarayevin göstərişinə əsasən dayandırılıb. T.Qarayev bunu onunla izah edib ki, əməliyyatı Bakıdan gətirilmiş kursantlar həyata keçirəcəklər. Lakin hec bir tədbir qörülməyib. Hətta Xocalıdan dəfələrlə zəng olunub və vertolyot istəyiblər. Vertolyot göndərməyə söz verən T.Qarayev bunu da təşkil etməyib.
28 fevral 1992-ci il tarixə kimi Xocalıda yaşayan 5 minə yaxın əhalidən yalnız 600 nəfəri Ağdama gəlib çıxıb. Onların verdiyi xəbərə görə yollarda yüzlərcə meyid qalıb.
Səfixan Bayramov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.