MM İntizam komissiyası Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib - QƏRAR

2-08-2021, 15:52           
MM İntizam komissiyası Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib - QƏRAR
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılıb.

E. Səlimov iclasda çıxış edərək əməlini etiraf edib, üzr istəyib.

İntizam komissiyası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru