"Norm" ASC-nin "texniki səhvi", yoxsa İNHİSARÇILIQ?

2-12-2021, 17:01           
"Norm" ASC-nin "texniki səhvi", yoxsa İNHİSARÇILIQ?
Son günlər "Norm" ASC-dən yol verdiyi inhisarçılıq və qanun pozuntuları ilə bağlı mətbuatda məlumatlar yayılmaqdadır.

Yayılan məlumatlarda şirkətin tərəfdaşları ilə bağladığı müqavilədə qanuna zidd bəndlərin dəyişdirildiyi iddia edilib.

Rast gəlinən ciddi nöqsanlardan biri də bazarda hökmran mövqe tutan sahibkarların kontragentə sərfəli olmayan şərtləri məcburi qəbul etdirməsi və topdansatış zamanı alıcılar arasında bərabər şəraitin yaradılmamasıdır. Bu cür hallar isə rəqabətin məhdudlaşdırılmasına, digər sahibkarların və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxara bilər.

Qeyd edək ki, bir müddət əvvəl sement və klinker bazarında aparılan araşdırmalar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə "Norm" ASC-yə qarşı işin qaldırılması ilə nəticələnib.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumata əsasən, sement bazarında aparılan təhlillər göstərir ki, rast gəlinən ciddi nöqsanlardan biri də bazarda hökmran mövqe tutan sahibkarların kontragentə sərfəli olmayan şərtləri məcburi qəbul etdirməsi və topdansatış zamanı alıcılar arasında bərabər şəraitin yaradılmaması rəqabətin məhdudlaşdırılmasına, digər sahibkarların və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxara bilər.

Dövlət Xidməti bildirir ki, bir müddət əvvəl sement və klinker bazarında aparılan araşdırmalar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə "Norm" ASC-yə qarşı işin qaldırılması ilə nəticələnib. Sonda qeyd olunur ki, Dövlət Xidməti bazarda hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

"Norm" ASC yayılan məlumatlara cavab olaraq, açıqlama ilə çıxış edib və baş verən açıq inhisarçılıq mövqeyindən sui-istifadə faktına özünəməxsus izahat verib.

Şirkət müştərilərinə qarşı törətdiyi əməli sadəcə "texniki səhv" kimi qələmə verib və bildirib ki, hər bir müştəri ilə münasibətlərini bərabər hüquqlu əsaslarla təşkil edir.

Belə ki, beynəlxalq standartlara uyğun məhsul istehsal edən "Norm" ASC 26.08.2021-ci il tarixində mətbuatda yayımlanan və kontragentə məcburi şərtlər qəbul etdirilməsi ilə bağlı yazılan məlumatlarla əlaqədar bildirir ki, onlar 100-dən çox korporativ müştəri ilə əməkdaşlıq edirlər və yalnız dördü ilə bağlanmış müqavilədə texniki səhvə yol verilib.

Habelə, müqavilədə texniki səhv olaraq əks olunan bənd aşkar edilən kimi, dərhal aradan qaldırılmış və qısa müddət ərzində bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilib.

Maraqlısı odur ki, "Norm" ASC-nin iddia etdiyi səhv istehsal etdikləri məhsulu hər bir müştəriyə ayrı-ayrı qiymətə satılmasıdır. Bu da, təbii ki, alıcıların hüquqlarının açıq şəkildə pozulması deməkdir.

Beləliklə, şirkətin "texniki səhv" kimi qələmə verdiyi özbaşınalıq nəticəsində tikinti sektoru, sıravi vətəndaşlar, alıcılar və ümumilikdə ölkə iqtisadiyyatı inhisarçılığın acı nəticələri ilə üz-üzə qalıb. //Azpolitika.info//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.