Azərbaycan bu tarixdən quru sərhədlərini AÇIR - ÖZƏL

12-04-2022, 12:55           
Azərbaycan bu tarixdən quru sərhədlərini AÇIR - ÖZƏL
Mayın 1-dən etibarən Azərbaycan digər ölkələrlə quru sərhədlərini açır.

Bizim.Media-nın əldə etdiyi məlumata görə sözügedən məsələ ilə bağlı hökumət səviyyəsində müzakirələr bitib və yaxın günlərdə aidiyyəti qurumun rəsmi açıqlaması olacaq. Uzun müddət idi ki, deputatlar da hökumətə bu barədə çağırışlar edirdi.

Bəzi ölkələr Azərbaycanla quru sərhədlərini açsa da, ölkəmiz geri addım atmırdı. Baxmayaraq ki, uzun müddətdir ki, ölkənin epidemioloji durumunda sabitlik müşahidə olunur.


Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərgahdan bu dəfə də cavab ala bilmədik.

Milli Məclisin üzvü Musa Quliyevin sözlərinə görə quru sərhədlərin açılması məsələsində ləngiməyin bir adı yoxdur:

“Mütləq açılmalıdır. Nə qədər tez açılsa, bir o qədər iqtisadiyyatımıza da xeyir olacaq. Eyni zamanda insanlarımızın müəyyən sosial gərginikləri aradan qalxacaq”.
Deputat quru sərhədlərin turizm mövsümü ərəfəsində açılmasını vacib hesab edir:

“Azərbayacana gələn istər xarici vətəndaşlar, istərsə də Rusiya və digər ölkələrdə yaşayan həmvətənlərimiz öz işlərini planlamalıdırlar. Nəhayət ki, quru sərhədlri açmaq və nəzarəti yumşaltmaq lazımdır. Türkiyədən gələn vətəndaşlarımızdan mütləq test tələb olunur, test nəticəsi olmayanı təyyarəyə buraxmırlar. Testi elə Bakıda etmək lazımdır. Onun bizə nə xeyri var? Nümunə elə Bakıda götürülsün, nəticə pozitiv çıxacaqsa, burada da nəzarətə götürülsün. Bu prosedurları bir qədər yüngülləşdirmək lazımdır”.

Xatırladaq ki, martın 6-dan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə karantin rejimi yumşaldı. Sadəcə qadağalardan maska, COVID-19 pasportu və quru sərhədlərin açılması məsələləri qalıb.
Qeyd edək ki, quru sərhədlər vətəndaşlarımızın üzünə 2020-ci ilin martından etibarən bağlıdır və səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə reallaşır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.