"Troya atı" deyiləm" - "Putinin adamı" Le Pen

12-04-2022, 16:41           
 "Troya atı" deyiləm" - "Putinin adamı" Le Pen
"Mən heç kimin "Troya atı" deyiləm". Teref.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu ifrat sağçı Milli Ralli partiyasından Fransa prezidentliyinə namizəd Marin Le Pen deyib.

O, Rusiya prezidenti Vladimir Putinin “Troya atı” olmadığını, lakin mənfi nəticələrinə görə enerji sektorunda Rusiya Federasiyasına qarşı sanksiyalara qarşı çıxdığını bildirib.

"Mən heç kimin "Troya atı" deyiləm. Mən sanksiyaların götürülməsinin tərəfdarı deyiləm. Enerji sektoruna aid olan sanksiyalara qarşıyam, çünki fransızların mənfi nəticələrlə üzləşməsini istəmirəm", - deyə Le Pen vurğulayıb.

Bundan əvvəl Fransa prezidentliyinə namizəd Rusiya Federasiyasından xammala qarşı sanksiyaların, eləcə də Rusiya qazı, nefti və kömürünün tədarükünə embarqo qoyulmasının əleyhinə olduğunu bildirmişdi.

Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Fransa Daxili İşlər Nazirliyinin yekun məlumatlarına görə, ölkənin hazırkı prezidenti Emmanuel Makron 27,84%, Marin Le Pen 23,15% səs toplayıb.

İkinci tur aprelin 24-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru