Avstriya kansleri Nehammer Putinlə ünsiyyətdə hansı ciddi səhvə yol verib? - İLGİNC DETALLAR

14-04-2022, 11:34           
Avstriya kansleri Nehammer Putinlə ünsiyyətdə hansı ciddi səhvə yol verib? - İLGİNC DETALLAR
Avstriya kansleri Nehammer Putinlə ünsiyyət zamanı ciddi səhvə yol verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Avstriya hakimiyyətinin Rusiya ilə ikitərəfli danışıqlara başlaması səbəbsiz deyil. Lakin Vyana bütün Qərbin maraqlarını müdafiə etmək cəhdində təhlükəli diplomatik səhvə yol verib.

Tanınmış rusiyalı hərbi ekspert Andrey Koşkin belə qənaətə gəlib. O, Avstriya kansleri Karl Nehammerin Moskvaya niyə gəldiyi haqda fikirlərini açıqlayıb. Həmçinin Kanslerin Rusiya prezidenti Vladimir Putinlə ünsiyyətdə olarkən nə qədər ciddi səhvə yol verdiyini izah edib.

Andrey Koşkin ikitərəfli danışıqları təhlil edərək əsas müzakirə mövzusunun enerji əməkdaşlığı olduğunu dilə gətirib: “Avstriya hakimiyyəti təbii qazın tədarükü sahəsində Moskva ilə əməkdaşlığı davam etdirməkdə son dərəcə maraqlıdır. Nehammer Putinlə görüşündə çox güman ki, bu məsələləri müzakirə edib. Eyni zamanda ödənişlərin rubla çevrilməsi ilə bağlı texniki məsələlərə aydınlıq gətirmək istəyib” – hərbi ekspert vurğulayıb.

Lakin hərbi ekspertin fikrincə, Karl Nehammer Putinlə ünsiyyət qurarkən ciddi səhvə yol verib. Belə ki, o, danışıqlarda Qərbin geosiyasi maraqlarını müdafiə etməyə çalışıb. Həmçinin Ukraynanın denazifikasiyası və demilitarizasiyası üzrə xüsusi əməliyyat mövzusuna toxunub. Bu isə Avstriya kansleri üçün ciddi səhv hesab edilib. Çünki onun diplomatik istedadı fikirlərini sübut etmək üçün kifayət deyil.

Andrey Koşkin hesab edir ki, Nehammer tez bir zamanda öz sözünü deyəcəyini və məsələləri kollektiv Qərbin maraqlarına uyğun həll edəcəyini düşünüb. Lakin o, bəzi beynəlxalq məsələlərdə öz səriştəsizliyini Vladimir Putinə nümayiş etdirib. Avstriya kansleri Ukraynadakı hadisələrdən yetərincə xəbərdar olmadığı üçün Rusiya liderini razı sala bilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.