Hökumət qadağanı götürdü, valideyn qadağası başladı: “Cibləri qədər...”-FOTOLAR

18-04-2022, 08:17           
Hökumət qadağanı götürdü, valideyn qadağası başladı: “Cibləri qədər...”-FOTOLAR
Uşaqlar əyləncə mərkəzlərində oynamağı çox sevsələr də, karonavirus pandemiyası ilə bağlı olaraq 2 ilə yaxın bir müddət əyləncə mərkəzləri də bağlı qaldı.

Əlbəttə ki, bu qərar ən çox məyus olanlar məhz uşaqlar idi. Onlar hər nə olur-olsun gülmək, oynamaq və əylənmək istəyirlər.

Uşaqlar uzun müddət həm əyani təhsildən, həm də əyləncədən uzaq qaldılar. Buna baxmayaraq, balaca dostlarımız uzun müddətdir gözlədiyi şad xəbəri ötən ay eşitdilər.

Belə ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəaliyyəti ilə bağlı artıq vaxt və say məhdudiyyəti də ləğv edildi.

Sözügedən qərar martın 6-dan qüvvəyə minib.

Cebhe.info-nun əməkdaşı “Baku Mall” Ticarət Mərkəzində uşaqlar üşün nəzərdə tutulan əyləncə mərkəzində olub.

Səhər saatları olduğu üçün uşaqlar gözə dəymirdi. Əməkdaşlar pandemiya dövründən sonra yenidən fəalliyətə başladıqları üçün olduqca sevinci olduqlarını söylədilər. Öyrəndik ki, hər bir oyun jetonlarla oynanılır. Bir jetonun qiyməti 80 qəpikdir.

Onu da dedilər ki, valideynlər övladlarının rahat əylənə bilməsi üçün ən az 15 jeton satın almalıdırlar. 15 jetonun qiyməti 12 manat edir. Əyləncə mərkəzində kiçik bir oyun parkına da rast gəldik. Göz oxşayan və bir çox oyunların içində olduğu parka giriş 3 manat idi.

Uşaqlar əsasən saat 6-dan sonra gəldiyini öyrəndik. Lakin valideynlər övladlarını daha çox həftə sonu gətirməyə üstünlük verirlər. “Uşaqlar rəklərincə əylənə bilirmi?” sualına aldığımız cavab isə maraqlı, həm də uşaqların hələ anlamadığı həqiqət idi: “Valideynlərinin cibi qədər...” ü
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.