Paşinyanın Putinlə görüşü nə vəd edir?

18-04-2022, 12:02           
Paşinyanın Putinlə görüşü nə vəd edir?
Ermənistanın baş naziri Nikol Paşinyan sabah Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Görəsən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov Paşinyanın Kremldə keçirəcəyi görüş barədə “hazırki beynəlxalq vəziyyətdə bu xüsusi əhəmiyyət kəsb edir” dedikdə nəyi nəzərdə tutub?

Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyib.Daha sonra politoloq deyir:
Ermənistan müxalifəti hesab edir ki, Paşinyan Moskvada Putinlə hansısa sənədə imza atacaq.
Putinin qarşısında iki variant var: Kreml sahibi ya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına – Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dəstək verəcək, ya da bu prosesi pozmaq üçün imzalayacağı sənəd vasitəsilə Paşinyana müxtəlif vasitələrlə təzyiq edəcək.
Putin Ukraynadakı ağır müharibə və Qərbin sərt sanksiyaları fonunda məntiqlə Cənubi Qafqazdakı sülhyaratma prosesinə mane olmamalıdır. Ancaq məntiq olsaydı, Putin Ukraynaya hücum etməzdi...
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.