ŞOK! - “Manatın üzən məzənnəyə keçidinə qərar verilə bilər”

19-04-2022, 00:08           
ŞOK! - “Manatın üzən məzənnəyə keçidinə qərar verilə bilər”
Xəbər verdiyimiz kimi, Prezident İlhamƏliyevin 13 aprel 2022-ci il tarixli sərəncamına əsasən Taleh Kazımov Azərbaycan Mərkəzi Bankının (AMB) sədri təyin edilib . Məlum təyinatdan sonra manatın taleyi ilə bağlı məsələ gündəmə gəlib. Bəzi ekspertlər yeni sədrin Azərbaycan milli valyutasının üzən məzənnəyə keçməsinə dair ciddi addımlar atacağını proqnozlaşdırırlar. Bəziləri isə hələki bunun mümkün olmadığını iddia edirlər.

Maraqlıdır, indiki halda manatın üzən məzənnəyə keçməsi mükündürmü və sözügedən proses reallaşarsa, bu, ölkə iqtisadiyyatında necə təsir göstərər?

Suallarımızı cavablandıran bank məsələləri üzrə ekspert, iqtisadçı Əkram Həsənov “Sherg.az”a bildirib ki, Mərkəzi Bank manatın “tam üzən məzənnə”yə keçməsinə qərar verə bilər:

“Lakin bu dəyişiklik yaxın bir-iki il ərzində gerçəkləşməyəcək. Çünki tam üzən məzənnəyə iqtisadiyyatda sabitlik olduqda keçmək mümkündür.

Hazırda nəyin ki, Azərbaycanda hətta dünya iqtisadiyyatında sabitlik yoxdur. Davamlı qiymət artımı yaşanır, neftin qiyməti yüksək olsa da, tam sabit deyil.

Eyni zamanda yeni sədrin ilk işi manatın tam üzən məzənnəyə keçib-keçməməsi ilə bağlı qərar vermək olmamalıdır.

Öncə yeni sədr bankın sistemində, sığorta və qiymətli kağızlar bazarında ciddi işlər görməlidir. Həmçinin neftin qiymətinin yüksək olması manatın məzənnəsinin inzibati yollarla qorunub saxlanılmasına imkan verir. Ona görə də hələlik məzənnə ilə ilə bağlı dəyişikliyə ehtiyac yoxdur.
Ümumiyyətlə, bu il və gələn il üçün manatın tam üzən məzənnəyə keçəcəyini gözləmirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.