Rusiya isteblişmentində fikir ayrılığı - generallar və ekspertlər narazıdır

19-04-2022, 09:05           
Rusiya isteblişmentində fikir ayrılığı -
Şənbə günü səhər Nikolay Patruşev Rusiya Prezidenti Vladimir Putinə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının bir neçə nümayəndəsinin Baş Qərargah rəisi Valeri Gerasimovdan yan keçərək Patruşev vasitəsilə prezidentə göndərdiyi yazılı müraciəti təqdim edib. Müraciətin ümumi mənası Rusiya hərbçiləri arasında çoxlu sayda mənasız itkilərə səbəb ola biləcək və qarşıya qoyulan məqsədlərə nail olmağa gətirib çıxarmayacaq hücum hərəkətlərindən imtina edərək, “xüsusi əməliyyat” planlarına yenidən baxılması xahişidir. Bu qrup insanların fikrincə, Ukrayna ərazisində “xüsusi əməliyyat”ın bundan sonra da keçirilməsi orduda ciddi böhrana səbəb olacaq və Silahlı Qüvvələrin Rusiyanın yaxın gələcəkdə bu sahədə qarşılaşacağı çağırışlara adekvat cavab vermək qabiliyyətini şübhə altına alacaq.
Patruşev, həmçinin, Təhlükəsizlik Şurası yanında ekspertlər qrupunun tərtib etdiyi analitik hesabatı prezidentə təqdim edib. Hesabatın hazırlanmasında iştirak edən ekspertlər, yumşaq desək, “xüsusi əməliyyatda” iştirak edən Rusiya qoşunlarının və silahlarının sayının, qüvvələrin hazırkı düzülüşündə Putinin qarşıya qoyduğu "Ukraynanın Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədləri daxilində LXR və DXR-in ərazi bütövlüyünü bərpa etmək" vəzifələrini yerinə yetirmək qabiliyyətinə şübhə ilə yanaşırlar. Mütəxəssislər hücum cəhdlərinin rus qoşunları üçün uğursuzluğa düçar ola biləcəyini vurğulayır və uğur şansını 60%-dən aşağı qiymətləndirir, eyni zamanda, Rusiya ordusu üçün ciddi itkilər ola biləcəyinə işarə edirlər.
Qeyd edək ki, Patruşev mətnləri açıq şəkildə prezidentin reaksiyasını görmək istəyi ilə neytral formada açıqlayıb. Deyilənə görə, ekspertlərin hesabatına Putinin reaksiyası, sıfır səviyyəsində olub, “hər şey nəzarət altındadır, davam edirik”. Amma bundan sonra Baş Qərargah nümayəndələrinin tələbi ilə Putin onu Patruşevə qaytarıb və deyib: “Bunu araşdırın və hesabat verin”. Mənbə bildirir ki, bu müraciətin ardınca hansı reaksiyanın olacağı aydınlaşan kimi prezidentə müraciəti imzalayan generalların adlarını açıqlayacaq.
Dadash Ahmadli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.