Azərbaycanda artıq ödənilmiş rüsum - DAHA TEZ QAYTARILACAQ - QƏRAR

22-04-2022, 11:47           
Azərbaycanda artıq ödənilmiş rüsum - DAHA TEZ QAYTARILACAQ - QƏRAR
Nazirlər Kabineti «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə» 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarına və «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında» 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarına dəyişiklik edib.

FED.az xəbər verir ki, dəyişikliyə əsasən, notariuslar tərəfindən əqdlərin və etibarnamələrin təsdiqi ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün tutulan xidmət haqqı həmin xidmətlərə görə müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizindən 7 faizinə endirilib.

Bundan başqa, qərara əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 45 gün deyil, 20 gün müddətində geri qaytarılır.

Dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən əvvəlki kimi 15 gün deyil, 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru