Qazilərdən ölkə başçısına MÜRACİƏT - "Xahiş edirik, problemlərimizə səssiz qalmayın"

25-04-2022, 17:33           
Qazilərdən ölkə başçısına MÜRACİƏT -
Türkiyənin Bursa şəhərində müalicə alan İkinci Qarabağ müharibəsi qazilərinin tam sağalmamış Azərbaycana göndərilməsi onların narazılığına yol açıb. TEREF xəbər verir ki, Yenicag.az-a daxil olan şikayətə görə, həmin qazilərdən biri də İkinci Qarabağ müharibəsi qazisi Kənan Nəsirovdur. O, Tovuz döyüşlərində iştirak edib, onurğa-beyin travması alıb və birinci qrup əlildir. O, Türkiyənin Bursa şəhərində müalicə alır.

Qazi Kənan Nəsirov problemlərinin həlli üçün Prezident İlham Əliyevdən kömək istəyir:

“Ölkə başçısı İlham Əliyevdən xahiş edirik ki, problemlərimizə səssiz qalmasın. Çünki problemimiz mətbuatda işıqlandırılandan sonra Bursa şəhərində qalacağımız deyilsə də, qazilərimizi bir-bir Azərbaycana göndərirlər. Bu qazilərdən biri də birinci qrup əlil olan Əzim Qafarovdur. Onun ayaqları iflic olub. Videogörüntüdə gördüyünüz qazilərin heç birinin səhhəti o yerə çatmayıb ki, müalicəni Azərbaycanda davam etdirə bilsinlər”.

Vətən müharibəsi qazisi Əzim Qafarov isə qeyd edib ki, müalicəsini tamamlamamış Azərbaycana göndərilsə, özünə xəsarət yetirəcək:

“YAŞAT” Fondu Türkiyəyə göndərilən hər bir qazimizin müalicəsi ilə bağlı rəyin mütəxəssislər tərəfindən verildiyini bildirir. Lakin bizə heç bir həkim baxmayıb. Fond yalan danışır. Mənə bilet alınıb ki, sabah Azərbaycana qayıtmalıyam. Əgər tam sağalmamış məni Azərbaycana göndərsələr, orada özümə nəsə edəcəm. Cənab prezident İlham Əliyevdən artıq dərəcədə xahiş edirəm ki, bu məsələyə baxsın”.

İkinci Qarabağ müharibəsi qazilərinin müraciəti ilə videomaterialdan ətraflı tanış ola bilərsiniz:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.