Baş redaktor ölümlə hədələnir

28-04-2022, 08:15           
Baş redaktor ölümlə hədələnir
Teref.az olaraq Mediaxeberleri.Az saytının baş redaktoru Ələddin Qarayevin özü və ailəsinin ölümlə hədələndiyi barədə müraciətini təqdim edirik!
Hörmətli media mənsubları! Mənim və ailəmin həyatına ciddi təhlükə yaranıb. Bu yaxınlarda Mediaxeberleri.Az saytında Qazaxın “asvalt kralı” Kərəm Məmmədrzayevə cinayət işi açıla bilər – Dövlət vəsaiti talanır..." başlıqlı məqalə dərc etmişdik. Yazıda Qazax rayon 27 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Kərəm Məmmədrzayevin qanunsuz əməlləri və onun sahib olduğu əmlaklar barədə söhbət açmışdıq. Mediaxeberleri.Az--da yayımlanan yazıdan sonra özünü Saleh Məmmədov kimi təqdim edən şəxs gecə saat 23.31-də bu nömrədən (0553962343) mənə zəng edərək söyünc, təhqir və ölümlə hədələdi. Bir də Kərəm Məmmədrzayev haqqında yazı yazsan, özünü və ailəni ölmüş bil.Evinə qədər yandıracağıq. Bu şəxs mənə"get hara şikayət edirsən et” deyərək, açıq kontekstdə öldürülməklə təhdid etdi. Həmin şəxsin mənimlə danışığı və zəng etdiyi nömrə başıma gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarda qorunmaqdadır və 102 xidmətinə zəng edərək DİN-i məlumat vermişəm. Səhər tezdən özümün və ailəmin təhlükəsizliyi üçün hüquq mühafizə orqanlarına da müraciət edəcəyəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.