“PUTİNİ XƏYANƏTDƏ İTTİHAM EDİN...” – Sankt-Peterburq deputatlarından Dumaya sensasiyalı müraciət

9-09-2022, 07:56           
“PUTİNİ XƏYANƏTDƏ İTTİHAM EDİN...” –
Sankt-Peterburqun Smolınsk Bələdiyyəsi Şurasının deputatları Dövlət Dumasına müraciət ediblər.

“AzPolitika.info” xəbər verir ki, bələdiyyə şurasının bir qrup deputatının müraciəti Rusiyanın müstəqil mətbu orqanlarında, sosial şəbəkələrdə və Ukrayna mətbuatında geniş əks-səda doğurub. Bu müraciətə Rusiyanın “Meduza” kanalı və digər portallarda ətraflı yer verilib.

Sankt-Peterburqdan bələdiyyə deputatı olan Dmitri Palyuqanın öz “tvitter” hesabında paylaşdığı həmin müraciətdə göstərilir ki, deputatlar Dövlət Dumasından Putini vətənə xəyanətdə ittiham etməsini istəyir. O, bildirib ki, bu müraciəti şuraya daxil olan deputatların böyük hissəi dəstəkləyib.

Müraciətdə qeyd olunuir ki, Putinin Ukraynada başlatdığı müharibə nəticəsində Rusiya ordusunun döyüş qabiliyyətli hissələri məhv edilir, eləcə də ölkənin əmək qabiliyyətli gənc vətəndaşları həlak olur, yaxud əlil qalırlar. Əvəzində NATO Rusiya sərhədlərinə daha da yaxınlaşır. Hansı ki, “xüsusi əməliyyat”ın əsas məqsədlərindən biri kimi Ukraynanın demilitarizasiyası göstərilirdi: “Xüsusi Əməliyyat dövründə Ukrayna NATO-dan 38 milyard dollarlıq müasir silah və hərbi sursat alıb. Bu, Polşa və Kanadanın hərbi büdcəsindən çoxdur“.

Deputatlar bəyan ediblər ki, Putinin Ukraynaya qarşı hərbi müdaxilə qərarı Rusiya dövlətinin mövcudluğunu və onun vətəndaşlarının həyatını təhlükə altına alıb. Duma üzvlərinə müraciətdə deyilir: “Bununla əlaqədar sizdən Duma deputatları kimi Rusiya Federasiyası Prezidentinin vəzifəsindən kənarlaşdırılması üçün ona qarşı vətənə xəyanət ittihamının irəli sürülməsi təklifilə çıxış etmənizi xahiş edirik”.

Şərhçilər bələdiyyə deputatlarının bu cəsarətli addımının onlara baha başa gələcəyini güman edirlər. Rusiyadakı hazırkı repressiyaların səviyyəsi, söz azadlığının misli görünməmiş şəkildə boğulması onu deməyə əsas verir ki, bu müraciəti imzalayan deputatların aqibəti ürəkaçan olmayacaq. Həmin bu bələdiyyə şurası daha əvvəl Sankt-Peterburqda müharibə əleyhinə kütləvi aksiya keçirmək istəsə də, hakimiyyət buna imklan verməmişdi.

Bir çox müşahidəçilər hesab edirlər ki, istənilən halda bu müraciət böyük cəsarət göstəricisidir və Rusiyada yaradılan xofa qarşı açıq çağırış olmaqla, Putinə qarşı etirazların siyasi müstəviyə keçidinin də ilk əlamətlərindən biri sayıla bilər...
C.Məmmədov

“AzPolitika.info”













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.