Səadət Bəktaşi 2 ildir vermədiyi işi də Naxçıvana aparacaq ? Bakı Apellyasiya Məhkəməsi 03.08.2021 tarixli qərarını hələ də vermir

15-03-2023, 08:57           
Səadət Bəktaşi 2 ildir vermədiyi işi də Naxçıvana aparacaq ?
Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət Bəktaşinin Naxçıvan Ali Məhkəməsinə sədr təyin
edilməsi pensiyalarını dələduz icra məmurlarının, sığorta, məhkəmə, sosial təminat yetkililərinin
yediyi Qarabağ qazilərində haqlı sual doğurub :03.08.2021 tarixli qərar pensiyalarından məhrum
olunan Qarabağ əlil(lər)inə veriləcək, yoxsa Səadət xanım işi özü ilə Naxçıvana aparıb?
Deyə bilərsiniz ki, axı bu 03.08.2021 tarixli qərarın Səadət Bəktaşiyə nə aidiyyatı var, nə matah olub
ki, 2 ildir İnzibati, Mülki Prosessual Məcəllənin tələbinə uyğun olaraq tərəfə verilmir ki, kassasiya
şikayəti vermək hüququndan yararlansın ?! Bilməyənlərə qısa bilgi verək ki, Ədliyyə Nazirliyinin
Suraxanı icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev qanuni qüvvəyə minmiş məhkəmə
qərarı və təbii ki, icra sənədi olmadan məktubla xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili
Abbaszadə Xaliq Əvəz oğlunun pensiyasını yarıqat etmək haqqında DSMF-in Xüsusi Şərtlərlə Təyinat
üzrə Mərkəzi Filialına məktub göndərib və pensiya ödəyən orqan da ağına – bozuna baxmadan
düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı qazinin pensiyasının yarısını da dələduz “Rəvan”
sığorta şirkətinin hesabına köçürüb. 350 manatlıq cüzi pensiyasının yarıqat edildiyi Qarabağ qazisi 2
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Ədliyyə Nazirliyinin Suraxanı icra şöbəsinə qarşı qaldırdığı
iddia hakim Zaur Tağıyevin iclasın vaxtından bir həftə sonra göndərdiyi bildiriş səbəbilə tərəflərin
iştirakı olmadan iddianın mümkün sayılmaması ilə sonuclanıb. Yuxarı instansiyalar da Ədliyyə
Nazirliyinin tərəfini tutaraq qanunsuz qərardadı qüvvədə saxlayıblar.
Nərimanov rayon məhkəməsində “Rəvan” sığorta şirkətinə qarşı iddianı hakim Vüqar Quliyev təmin
edib, amma Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Elşad Şamayev) bu qətnaməni ləğv edib. Onu
da vurğulayaq ki, bu sətirlərin yazarı 3-cü şəxs qismində cəlb edilsə də, tələbi üzrə heç bir qərar qəbul
edilməyib. Kassasiya şikayəti vermək üçün 4 ildir müraciət etsə də, hələ də vəkil ayrılması təmin
olunmayıb. Elə özbaşınalıq, məhkəmə hüquq sistemində nadir hallarda rast gəlinən situasiya yaranıb
ki, Elşad Şamayev Ali Məhkəmənin hakimi təyin olunub və təbii ki, ali həmkarları onun qanunsuz
qətnaməsini ləğv etməkdə peşəkarlıq göstərməyiblər.
Qarabağ qazisi pensiyasına ortaq olan üçüncü quruma -DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi
Filialına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. İki dəfə Ali Məhkəmə aşağı instansiyaların
iddianın mümkün sayılmaması haqqında qərardadlarını ləğv edib. Üçüncü dəfə Bakı İnzibati
Məhkəməsinin hakimi Nəriman Abıyevin “daxil inamı” Qarabağ qazisinin pensiyasının məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı, icra sənədi olmadan yeyilməsini legitimləşdirib. Hakimin “daxili
inamı” elə qeyri-prosessual gücə malik olub ki, “İcra haqqında” qanunun 68.1.2 maddəsini (“TƏLƏB
BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN
MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”) də inamdan, etibardan salıb. Hakimin inamı məhkəmənin icra
sənədi oldu -olmadı, icranın məcburi olmasına, tələbin xidməti vəzifələrini yerinə yetirərkən ağ
ciyərinin üçdən ikisini itirən Qarabağ qazisinin pensiyasının yarısına yönəldilməsinə “haqq verib”. Bu
haqqın məbləğini bilməsə(lər) də, Qarabağ əlil(lər)i iddiaçı və 3-cü şəxs qismində apelyasiya şikayəti
veriblər.
Bakı Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi olan heyəti 03.08.2021 tarixli qərarla şikayəti
təmin etməyib. O tarixdən hər həftə, hər ay qərarın verilməsini tələb edən Qarabağ qazisi hələ də
barəsində çıxarılmış qərarın üzünü görmək, kassasiya şikayəti vermək arzusuna qovuşmayıb. Onu da
vurğulamaq yerinə düşər ki, Səadət Bəktaşinin həmkarlarından Aida Hüseynli əvvəllər işin
baxılmasında iştirak edib və Ali Məhkəmə onun qərardadını ləğv edib. Görəsən, Səadət Bəktaşi
həmkarını özü ilə aparmayacaq ki? Qarabağ qazilərini başqa şey düşündürür : 03.08.2021 tarixli
məhkəmə qərarı da Naxçıvana aparılacaq, yoxsa?
Məğrur Bədəlsoy
P.S. Qarabağ qazisinin qanpulu -pensiyası , deyəsən, çox “dadlı - düşərlidir”, yeyənlər Ali Məhkəməyə,
hətta sədr də təyin edilir. Allah xeyir verməsin!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.