Evi olan jurnalistlər deyirlər ki, cənab prezident, evsiz jurnalistlərə ev verməyin - Analoqsuz "vətənpərvərlik"...

16-03-2023, 09:20           
Evi olan jurnalistlər deyirlər ki, cənab prezident, evsiz jurnalistlərə ev verməyin -
Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbəri Əhməd İsmayılov Nazirlər Kabinetinə yazılı müraciət edib. Deyib ki, jurnalistlər üçün tikilmiş üçüncü binadakı mənzillər şəhid ailələrinə verilsin.
2021-ci ilin uyun ayında isə Mi Şahin qeyri-rəsmi şəkildə Prezident Aparatından gələn sifariş əsasında eyni məzmunlu bir müraciət hazırlamışdı. Həmin müraciətə Əflatun Amaşov, Cahangir Məmmədli, Arif Əliyev... Mir Şahin özü də daxil olmaqla 38 nəfər imza atmışdı. Təsəvvür edirsinizmi? Evi olan jurnalistlər deyirlər ki, cənab prezident, evsiz jurnalistlərə ev verməyin. Yəni özlərinə məxsus olmayan şeyi prezidentə xoş gəlmək üçün səxavətlə şəhid ailələrinə ərməğan edirlər...
Siyahıda yer alan 38 jurnalistdən birində də cəsarət yoxdur ki, desin, cənab prezident, işdən qovduğunuz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ölkənin 30-40 milyard dollarını götürüb getdi. İndi də özü üçün şellənir. Bir zəhmət, onu həbs edin, onun xalqdan oğurladığı pullarla nəyinki şəhid ailələrinə, bütövlükdə hər bir ehtiyacı olan azərbaycanlıya villa tikmək olar...
Hələ mən orasın demirəm ki, Azərbaycanda Vasif Talıbov kimi onlarla oğru məmur olub, elə indi də var. Və prezidentə müraciət edən həmin o 38 jurnalist nədənsə həmin oğrularla bağlı bir kəlmə də danışa bilmir. Niyə danışa bilmirlər? Çünki öz qələmlərini iqtidara satılıblar. Bu yaltaq sürüsü ilə Azərbaycan mətbuatı inkişaf edə bilərmi?...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.