Astara Gömrük Məntəqəsi fəaliyyətini DAYANDIRIB? - FAKT DAYANIB, amma DGK-dan deyirlər ki...

17-03-2023, 08:52           
Astara Gömrük Məntəqəsi fəaliyyətini DAYANDIRIB? - FAKT DAYANIB, amma DGK-dan deyirlər ki...
Astara Gömrük Məntəqəsinin önündə İrandan Azərbaycana keçmək istəyən yük maşınlarının böyük növbəsinin yarandığı bildirilir. Bu barədə adının çəkilməsini istəməyən bir sürücü Meydan TV-yə məlumat verib.
Sürücü artıq on gündür ki, növbə gözlədiklərini deyir.
“Hazırda 5-6 minə yaxın yük maşını sürücüləri növbədə gözləyir. İrandan yükü vururuq, Astara Gömrük Məntəqəsində 14-15 gün növbə gözləməli oluruq. Bunun da səbəbi odur ki, Azərbaycanda gömrük işçiləri işləmirlər”, - şikayətçi qeyd edib.
Onun sözlərinə görə, şikayətlərinə əhəmiyyət verilmir:
“Dəfələrlə şikayət etmişik, məlumat vermişik, xeyri yoxdur. Bir-iki gün yaxşı işləyirlər, üçüncü gün yenidən vəziyyət korlanır. Astara Gömrük Məntəqəsində öz bildiklərini edirlər. Normal işləsəydilər, biz də evimizə-eşiyimizə tez gedib çatardıq. Hələ də burdayıq, növbə gözləyən maşınların ucu-bucağı yoxdur. 2-3 min maşın növbədə gözləyir”.
“Astara gömrük polisi həmişəki kimi gündəlik iş rejimində fəaliyyətini davam etdirir. Azərbaycan tərəfində heç bir problem də yoxdur”, - Azərbaycan Dövlət Gömrük Komitəsin (DGK) mətbuat katibi Natiq Axundov Meydan TV-yə məsələyə münasibət bildirərkən deyib.
Astara Gömrük Məntəqəsinin önündə əvvəlki illərdə də belə hallar baş verib. //Meydan TV//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.