Bakıdakı Türk Şəhidliyində Çanaqqala Zəfəri anılıb - FOTO

18-03-2023, 12:01           
Bakıdakı Türk Şəhidliyində Çanaqqala Zəfəri anılıb - FOTO
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala Zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

Mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak edib.

Mərasimin açılışında Çanaqqala qurbanları yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Tədbir iştirakçıları Türk Şəhidliyindəki xatirə abidəsinin qarşısına əklillər qoyub.

Mərasim Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.(apa)

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.