Güney Azərbaycan üçün “birlik” tələsi

30-10-2023, 08:08           
Güney Azərbaycan üçün “birlik” tələsi
Sədrəddin Soltan
Tehran rejimi daha birn məkrli planı işə salıb
Güney Azərbaycan türkləri İranın dövlət olaraq ayaqda qalması, mövcudluğu üçün təminat
yaradan başlıca etnosdur. Bu dövlətin keçmişi, bu günü, gələcəyi ondan asılıdır. Bu səbəbdən
İrana 100 ilə yaxındır hakim olan panfarsist siyasi ideologiya əsasən türkləri assimilyasiya edir.
İranda baş verən bütün dəyişikliklər də Azərbaycan türklərinin adına bağlıdır.
Ötən əsrin əvvəllərində Səttarxan, Bağırxanın başçılığı ilə baş vermiş məşrutə , “İrana
demokratiya, Azərbaycana muxtariyyət!” ideyası əsasında gerçəkləşən Şeyx Məhəmməd
Xiyabani hərəkatları bu ölkənin ictimai-siyasi həyatına yenilik – demokratik təsisatlar gətirdi.
Qacarları devirənlər bu hərəkatdan panfarsizmi hakimiyyətə gətirmək üçün istifadə etdilər.
demokratikləşməsi istiqamətində yen hərəkata liderlik etdi. Bunu da xarici qüvvələrin yardımı ilə
susdurdular.
1950-ci illərdə Məhəmmədəli Müsəddiqin hərəkatı da eyni aqibəti yaşadı.
Nəhayət, 1979-cu il ilin fevral inqilabı da 1978-ci ildə Təbrizdə baş verənlərin davamının nəticəsi
idi.
Güney Azərbaycan Milli Hərəkatı 2022-ci ilin sentyabrında İranda başlayan “Qadın, həyat,
azadlıq!” şüarını ciddi saymayaraq, onu müdafiə etmədi. Çünki əsas məsələ hicab deyil, “Azadlıq
Ədalət, Milli hökumət” idi. Bu, İrana demokratiya gətirmək üçün aparılan mübarizənin davamıdır.
İranın ictimai-siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrində güney azərbaycanlıların aparıcı
olmadığı heç bir məsələ uğur qazana bilmir.
İran-İraq müharibəsində də azərbaycanlılar İranın ərazi bütövlüyü uğurunda canlarını fəda
ediblər. Ancaq bütün bunların qarşılığında onların qazancları assimilyasiya, sürgün, həbs,
edamlar və başqa təzyiqlər, təqiblər olub. Güney Azərbaycan türkünü ana dilində nəinki məktəbi,
bir sinfi belə yoxdur.
Güney Azərbaycan türkünü panfarsist siyasi ideologiya əsasında məhv etməyi hədəfləyən,
“Türklərsiz İran!” şüarının reallaşdırmağa çalışan bu rejim və panfarsçıların yadına yenə güney
azərbaycanlılar, onların tarixi qəhrəmanlıqları düşüb.
Azərbaycan türklərinin “İran” qəzetində təhqir edilməsinə qarşı 2006-cı ilin mayında etiraz
aksiyaları keçirilmişdi. Onda hakimiyyət bu hərəkatdan narahatlığını gizlətmədi. Hətta İranın ali
rəhbəri ayətullah Seyid Əli Xamenei belə Azərbaycan türklərinin İran tarixində oynadığı roldan
danışıdı, Səttarxan, Bağırxanı yad etdi.
İndi də yenə yada “sərdari-milli”, “saları-milli” düşüb. İsrailə qarşı müharibədə İranın birmənalı
şəkildə HƏMAS-ı müdafiə etdiyi gizli deyil. Bu silahlı qruplaşma İsrailin daxilində, qonşuluğunda
Tehranın əli, dayaq nöqtəsidir.
HƏMAS-İsrail müharibəsi başlayandan İran rəsmiləri yəhudi dövlətinə qarşı təbliğat aparır,
HƏMAS-ı dəstəklədiklərini bildirirlər.
Hakimiyyət İran cəmiyyətinin də onu dəstəklədiyini nümayiş etdirmək məqsədi ilə ölkədə
səfərbərlik kampaniyası aparır. Bildirildiyinə görə, 4 milyon 800 min könüllü HƏMAS tərəfdən
İsraillə döyüşməyə hazır olan var. Bu, təbliğat xarakterli məlumat da ola bilər. Çünki onları
saymağa kimsənin vaxt ayırması imkansızdır. Guya 5 milyon yazsa idi nə dəyişərdi?!
Tehran rejiminin təbliğat maşınları Səttarxan və Bağırxanın qəhrəmanlıqlarını xatırladır, onların
öz ideyaları, dövlət və əqidələri uğrunda mübarizə apardıqlarını yada salırlar: “Hətta
Azərbaycanın bu igid qəhrəmanları və döyüşçüləri din alimlərinə tabe olduqlarını, dini idarələrin
qərarlarına əməl etdiklərini bəyan edirdilər”. Məşrutə hərəkatını rejim öz mahiyyətinə uyğun
olaraq belə dəyərləndirib: “Bu hərəkat kortəbii və məqsədsiz deyildi. Bu, dini qeyrətə əsaslanan
dini hərəkat idi. Ölkənin hər yerində hamı dindar idi. O, özünü qeyrət, mərdlik, kişilik, dini cərəyanı
kimi daha da qabarıq göstərirdi”.
Niyə Səttarxan, Bağırxan hərəkatı? Bu hərəkat şah üsul-idarəsinə qarşı idi. Yəni anti-monarxiya
sayılırdı. Onu din xadimləri də dəstəkləyirdi. Ancaq onu birmənalı olaraq dini hərəkat
adlandırmaq tarixi təhrif etməkdir. Onları xatırlamaqla Tehran hakimiyyət Azərbaycan türklərinin
şaha qarşı mübarizəsini yada salır. HƏMAS-ı müdafiə etməsini də Tehran dini müstəvidə
əsaslandırır. Məşrutə hərəkatına dini mahiyyət vermək, onun liderlərinin din xadimlərinin
məsləhəti ilə hərəkət etdiklərini vurğulamaqla İsrailə qarşı mübarizədə də din amilini önə
çəkməyə çalışır. Bunun başqa cür açması isə belədir: “Azərbaycan türklərinin yüz il bundan əvvəl
İranda başladıqları hərəkat dini xarakterli idi. Sizə həmişə din xadimləri başçılıq edib. Odur ki,
HƏMAS-ı müdafiə etmək üçün İranın ali rəhbərinin də çağırışına əməl etmək lazımdır”.
Ola bilsin, Tehran rejimi bu iddia ilə İsrailə qarşı birbaşa müharibəyə hazırlaşır. Ancaq onun belə
bir savaşı etməyə heç bir halda gücü çatmaz. Belə bir savaşa girişsə, o zaman İranda İranlıq
qalmaz.
Hakimiyyət güneyli türkləri Azərbaycanın Səttarxan, Bağırxan kimi qəhrəmanları ilə özünə
bağlamağa, anti-İsrail havasına oynatmağa səy göstərir. Çünki güney azərbaycanlılar bu
məsələdə rejimi müdafiə etməzsə, onun bütün siyasəti iflas olar.
İran hakimiyyəti hətta Səttarxanın doğum gününü də yada salır. Halbuki milli tədbirləri keçirənləri
İran hakimiyyəti təzyiqə məruz qoyur, təqib edir, tutur.
Yeri gəlmişkən, İranda məktəbli oğlanlar ABŞ və İsrail əleyhinə şüar söyləmədikləri üçün
cəzalandırılıblar. Yaxud futbol stadionunda HƏMAS əleyhinə şuralar da səslənir. “Nə HƏMAS-a,
nə Fələstinə, canımız İrana fəda!” sloqanı da İran cəmiyyətinin HƏMAS-İsrail müharibəsinə
münasibətidir.
Bir müddət əvvəl İran parlamentində deputatlardan biri Fələstinə dövlət büdcəsindən maliyyə
yardımın ayrılmasına qarşı çıxış etmişdi. İndiki ağır şəraitdə İran vətəndaşları rejimin başqa
tədbirləri kimi İsrailə qarşı mübarizəsinə də açıq müqavimət göstərə bilmir.
Çünki bütün hərbipolis rejimi hələ də mövcud rejimi müdafiə edir. Habelə Çin və Rusiya da ondan bu istiqamətdə
məharətlə yararlanırlar. Odur ki, İran hakimiyyəti cənubi azərbaycanlıları tərifləmək, onlara bəy
tərifi vurmaqla “gəlin yığışaq, gedin müharibəyə” prinsipini həyata keçirməyə çalışır.
Pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.