“Qərb Azərbaycana TƏZYİQ GÖSTƏRİR” - Kalaşnikov

4-01-2024, 12:24           
“Qərb Azərbaycana TƏZYİQ GÖSTƏRİR” - Kalaşnikov
2024-cü ildə Azərbaycanda və Rusiyada prezident seçkiləri keçiriləcək. Həm İlham Əliyevin, həm də Vladimir Putinin nüfuzu göz qabağındadır, onları əhalinin böyük əksəriyyəti dəstəkləyir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev beynəlxalq hüquq baxımından suveren Azərbaycan torpaqları olan əraziləri öz nəzarətinə qaytardı. O, bu məsələyə son qoydu.

Bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov “Moskva-Bakı” nəşrinə geniş müsahibəsində deyib.

“Qərb bizə və Azərbaycana təzyiq göstərir. Ona görə də ölkələrimiz üçün 2024-cü ildə xüsusi çağırışlar olacaq. Ona görə də hesab edirəm ki, konsolidasiya lazımdır. Vladimir Putin və İlham Əliyevin rəhbərlik etdiyi Rusiya və Azərbaycanı bu gün həqiqətən də əsl suveren ölkələr adlandırmaq olar.
Putin də, Əliyev də bundan çox-çox əvvəl müstəqil siyasət yürüdürdülər və nümayiş etdirirdilər ki, bizim ölkələr heç bir qütbə tabe olmayacaq, öz ölkələrinin mənafeyinə uyğun olmayan bir iş görməyəcək”, - deyə Kalaşnikov bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.