ABŞ Putinin nüvə ritorikasını məsuliyyətsizlik kimi qiymətləndirib

27-09-2024, 12:34           
ABŞ Putinin nüvə ritorikasını məsuliyyətsizlik kimi qiymətləndirib
Dövlət Departamentinin rəhbəri Antoni Blinken Vladimir Putinin Qərbə ünvanlanmış nüvə silahından istifadə ehtimalı ilə bağlı xəbərdarlığını xəbərdarlığını məsuliyyətsiz və vaxtsız adlandırıb.

Putinin bəyanatı dünya liderlərinin Nyu-Yorkda BMT Baş Assambleyasına toplaşdığı bir vaxt verilib. "Bu, tam məsuliyyətsizlikdir. Düşünürəm ki, dünyanın bir çox ölkəsi, o cümlədən Çin, əvvəllər (Putin) nüvə qılıncın ıoynatdığı zaman bunu açıq şəkildə deyib. Odur ki, mən sadəcə olaraq bunu indi, bütün dünyanın toplaşdığı tədbirdə daha çox tərksilah və silahların yayılmaması ehtiyacından danışmağı məsləhət görərdim” - deyə, Blinken cümə axşamı MSNBC-yə verdiyi müsahibədə bildirib.

Çərşənbə günü Putin Qərb ölkələrinə xəbərdarlıq etmişdi ki, Rusiya adi raketlərlə hücuma məruz qalsa, nüvə silahından istifadə edə bilər.

Hazırda ABŞ və Böyük Britaniya Ukraynanın Rusiya ərazisindəki hədəflərə adi Qərb istehsalı olan raketlərlə zərbə endirməsinə icazə verilməsi imkanını müzakirə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.