“Bu, Ukrayna ilə bağlı sülh yox, kapitulyasiya təklifləridir”- Harrisdən Trampa sərt REAKSİYA

Bu gün, 15:34           
“Bu, Ukrayna ilə bağlı sülh yox, kapitulyasiya təklifləridir”- Harrisdən Trampa sərt REAKSİYA
ABŞ prezidentliyinə namizəd Kamala Harris Ukraynanın əhəmiyyətli ərazilərinin təslim edilməsi təkliflərinə sərt reaksiya verib.

Kamala Harris bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə Ağ Evdə mətbuata birgə bəyanatlar verərkən bildirib.

Harris xatırladıb ki, İsveçrədə keçirilən ilk “sülh sammitində” o, Zelenskiyə ABŞ-ın Ukraynanın müharibəni bitirməklə bağlı mövqeyini bölüşdüyünü bildrib. Xüsusilə, onun fikrincə, bu, Ukrayna xalqının iradəsini və BMT Nizamnaməsinin prinsiplərini nəzərə almalıdır.

“Biz ədalətli və davamlı sülhü təmin etmək üçün beynəlxalq ictimaiyyətlə işləməliyik və mən oradakı dünya liderlərinə də müharibənin dayandırılması ilə bağlı heç bir qərarın Ukraynasız verilə bilməyəcəyini söylədim”, – Harris deyib.

Eyni zamanda, Harris konkret adlar çəkməsə də, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və komandasının son təkliflərini sərt tənqid edib: “Səmimi deyirəm, cənab Zelenski, mənim ölkəmdə bəziləri Kiyevi Ukraynanın suveren ərazisinin böyük bir hissəsindən imtina etməyə məcbur edər, Ukraynadan neytrallığa razılıq verməsini tələb edərdi. Bu təkliflər Putinin təklifləri ilə eynidir. Gəlin açıq deyək: bunlar sülh təklifləri deyil. Bunlar təhlükəli və qəbuledilməz olan kapitulyasiya təklifləridir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.