Livanda atəşkəslə bağlı danışıqlar davam etdiriləcək - Netanyahu

28-09-2024, 00:10           
Livanda atəşkəslə bağlı danışıqlar davam etdiriləcək - Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Livanda atəşkəslə bağlı təkliflərin müzakirəsini davam etdirəcək.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Sentyabrın 25-də ABŞ və Fransa Livan-İsrail sərhədində dərhal 21 günlük atəşkəsə çağırıb.

B.Netanyahunun sözlərinə görə, İsrail nümayəndə heyəti ABŞ-nin atəşkəs təkliflərini müzakirə etmək üçün artıq dünən görüş keçirib və yaxın günlərdə müzakirələri davam etdirəcək. O, İsrail tərəfinin ABŞ-nin səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

"Komandalarımız ABŞ-nin təşəbbüsünü və insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtması kimi ümumi məqsədə necə töhfə verə biləcəyimizi müzakirə etmək üçün bir araya gəldi. Bu müzakirələri yaxın günlərdə davam etdirəcəyik", - baş nazir bildirib.//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru