Muxtar Babayevə daha bir vəzifə verildi

5-01-2024, 00:02           
Muxtar Babayevə daha bir vəzifə verildi
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə COP28-un “X” səhifəsində məlumat yayılıb.

Səhifədə bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un prezidenti Muxtar Babayev və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə işlərində uğurlar arzulanıb:

“Biz COP29 və COP30 prezidentləri, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə işləməyi səbirsizliklə gözləyirik. COP28-in tarixi uğurunu davam etdirərək 1,5°C-ni əlçatan məsafədə saxlayın”.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru