Bənənyar hadisələrinə söz ardı: “Bu hadisə Vasif Talıbovun zamanında olub və ..."

7-01-2024, 08:24           
Bənənyar hadisələrinə söz ardı:
Naxçıvandakı siyasi dəyişikliklərdən dərhal sonra yeni səlahiyyətli nümayəndə Fuad Nəcəfli 2010-cu ildə Culfa rayon Bənaniyar kəndində baş vermiş qanlı hadisələrin araşdırılacağına dair kənd sakinləri qarşısında söz vermişdi. Bu sözün üzərindən düz bir il keçsə də hələlik heç bir nəticə olmayıb. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup kənd sakini məlumat verib. Onlar, beynəlxalq aləmdə belə ciddi rezonas doğurmuş bu qanlı cinayəti törədən o vaxtkı dövlət məmurlarının cəzalandırlmamasından, hadisələrə hüquqi qiymət verilməməsindən şikayət edirlər.
Təhlükəsizliyi səbəbindən adının çəkilməsini istəməyən kənd sakinlərindən biri deyir ki, ötən ilin əvvəlində gözdən pərdə asmaq üçün bir neçə nəfər zərərçəkənin izahatı alınsa da, o vaxtdan bəri səs-səmir eşitməyiblər:
“Əvvəlcə Naxçıvanın yeini daxili işlər naziri Süleyman Neymətov, daha sonra isə Fuad Nəcəfli zərəçəkənlərlə görüşdü. Bundan sonra prokurorluqdan bəzi insanları çağırıb izahatlarını aldılar. Məni də çağırmışdılar, getim izahatımı verdim. Bir gənc, bir də yaşlı prokurorluq əməkdaşı var idi . Gənc məndən bu günə qədər niyə şikayət etmədiyimi soruşdu. Məni isə cavab verdim ki, şikayətlər olunub, baxan olmayıb. Bizi bu binada qəbul etmək, şikayətimizə baxmaq istəmirdilər. Yaşlı prokuror mən dediklərimi təsdiq etdi. Sonra izahatımı aldılar. Tək mən deyiləm, hadisədə adı keçən, zərəçəkən çoxlarının izahatı alındı. Lakin il tamam olmasına baxmayaraq hələ də nəticə yoxdur. Hadisə hüquqi qiymətini almayıb, cinayəti törədənlər cəzalandırılmayıb”.
Kənd sakinləri deyir ki, məsələnin araşdırılmaması qanlı hadisələrdə mərkəzi hakimiyyətin də əlinin olduğuna şübhələr yaradır:
“Bu hadisə Vasif Talıbovun zamanında olub və əsas günahkar o və onun yüksək vəzifəli məmurlarıdır. O hakimiyyətdə olanda araşdırılmaması anlaşılan idi. Axı indi o da, nazirləri də işdən çıxarılıblar. Niyə araşdırılmır? Bu onu deməyə əsas verir ki, bu qanlı hadisələrin törədilməsinə Azərbaycanın mərkəzi hakimiyyəti razılıq verib və bu işdə onların da əli var. Biz isə susmayacağıq, axıra kimi gedəcəyik”.
Şərh yerindəki linkə daxil olmaqla, 2010-cu ildə baş vermiş qanlı Bənəniyar hadisələri ilə bağlı ətraflı məlumat ala bilərsiniz.
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.