Parisin İrəvanın əli ilə Berlinin vasitəçiliyinə pozuculuq elementləri gətirməsi istisna deyil

1-03-2024, 10:37           
Parisin İrəvanın əli ilə Berlinin vasitəçiliyinə pozuculuq elementləri gətirməsi istisna deyil
Almaniyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyi və artan fəallığı sülh danışıqlarında irəliləyişə səbəb olmasa da, bunun Fransanın prosesdən kənarlaşması baxımından ölkəmiz üçün əhəmiyyəti var. Fransanın ermənipərəst mövqeyi bu ölkənin Azərbaycanla Ermənistan arasında vasitəçiliyinə əngəldir, rəsmi Bakı Parislə bu sahədə əməkdaşlıqdan imtina edib. Bu isə öz növbəsində Almaniyanın işinə yarayıb. Berlin “Cənubi Qafqazda mən də varam” deməklə həm Fransanın kənarlaşmasında rol oynayıb, həm də gələcəkdə Azərbaycan və Mərkəzi Asiyanı əhatə edən regional layihələrdə faydalanmaq üçün imkan qazanıb. Rəsmi Bakı Berlinin təşəbbüslərində iştirak etməklə Almaniyanın Fransadan ön plana keçməsinə dəstək vermiş olur. Əlbəttə, Parisin İrəvanın əli ilə Berlinin vasitəçiliyinə pozuculuq elementləri gətirməsi istisna deyil. Buna baxmayaraq, İrəvan hələ ki, Berlinin vasitəçiliyindən imtina etməyib.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru