Moskva üçün kim yaxşıdır -“ruspərəst” Tramp yoxsa “davakar” Bayden? –TƏHLİL

8-05-2024, 09:24           
Moskva üçün kim yaxşıdır -“ruspərəst” Tramp yoxsa “davakar” Bayden? –TƏHLİL
ABŞ-da qarşıdan gələn prezident seçkiləri bütün dünyanın diqqət mərkəzindədir. Revanş almaq istəyə Tramp və hazırkı prezident Bayden yenidən üz-üzə gəlir.

Rusiyada da bu seçkinin nəticələrini maraqla gözləyirlər. Rus ictimai rəyində prezident Bayden qatı anti-Rusiya mövqeyi , Trampı Moskvaya reveransları ilə tanınırlar.

Bu doğurdanmı belədir? Moskva üçün hansı namizəd əlverişlidir?

Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru Karpoviçin “Komsomloskya Pravda” üçün yazdığı məqalədə bu məsələyə toxunulub.

Azpost.info yazını oxucularına təqdim edir:

Çox vaxt siyasi müzakirələrdə və sadəcə gündəlik söhbətlərdə nikbin proqnoz eşitmək olar: Rusiyanın xüsusi hərbi əməliyyatda uzunmüddətli uğurunun təminatı ABŞ seçkilərində daha praqmatik qüvvələrin (oxu, Donald Trampın) qələbəsidir.

Onlar deyirlər ki, məhz bu halda amerikalılar nəhayət öz daxili işləri ilə məşğul olacaq və qlobal ağalıq kursundan əl çəkəcəklər. Co Bayden və Demokratların uğuru isə, qarşıdurmanın birbaşa toqquşmaya qədər dərinləşməsi demək olacaq.

Əslində, məsələ o qədər də sadə deyil.

Təbii ki, Trampın Rusiyaya qarşı ritorikası ənənəvi olaraq indiki prezidentin rusofobik klişelərindən daha xoş hisslər doğurur. Oval kabinetin əvvəlki sahibi həm ABŞ-ın yaşadığı daxili çətinliklərdən, həm də yalnız Amerikanın dəstəyi sayəsində davam edən qanlı Ukrayna davasının mənasızlığını anlayan realistdir.

Bəs Tramp doğurdanmı “dərin dövlət”i cilovlamağa qadir olan müstəqil fiqurdur? Bir çoxlarının səkkiz il əvvəl onun hakimiyyətə gəlməsinə bəslədiyi ümidləri xatırlayaq. Amma reallıqda məlum oldu ki, Tramp Moskvaya qarşı bütün müsbət hisslərinə baxmayaraq, sələflərinin tutduğu kursu çətin ki, geri qaytara bilsin.

Məhz onun dövründə əvvəllər ehtiyatlı davranan Vaşinqton Kiyevi öldürücü silahlarla təchiz etməyə başladı. Ukraynada əməliyyatdan əvvəl ölkəmizə qarşı ən sərt sanksiyaları tətbiq edən Tramp idi. Bu sanksiyalar Bayden dövründə güclü sanksiya hücumlarının əsasına çevrildi. Yenə də məhz Trampın təşəbbüsü ilə silahlara nəzarət rejimi məhv edildi.

Bu siyahını uzun müddət davam etdirmək olar.

Onun bu addımları könüllü yoxsa təzyiq altında atması artıq o qədər də önəmli deyil. Fakt budur ki, Amerika tarixində fərdin rolu kifayət qədər şişirdilib – Halbuki partiya quruluşu, lobbiçilər və maraq qrupları çox vaxt ayrı-ayrı siyasətçilərdən, hətta prezident postunu tutanlardan qat-qat ciddi təsirə malikdir.

Çoxları ümid edir ki, Tramp dəyişib və təcrübə qazanıb, lakin hələ ötən ay biz açıq şəkildə gördük ki, Konqres Kiyevə milyardlarla dollarlıq yardımı təsdiqləməyə mane olamağa cəhd etmədi, eks-prezident susdu, bacarmadı. Belə aydın olur ki, o, Ukraynadakı münaqişədən böyük fayda əldə edən hərbi-sənaye kompleksi korporasiyaları ilə münaqişəyə girmək istəmir.

Eyni zamanda, Tramp hədsiz emosional ola bilər. Əətrafı da bundan asanlıqla yararlanır – Əgər birdən onun böhranın həlli ilə bağlı kifayət qədər sadəlövh fikirləri Moskvada anlayışla qarşılanmasa, komandasında olan “qırğı”ların iradəsinə tabe ola bilər. Bundan əvvəl o, bu formalı radikal tədbirlərə, o cümlədən hərbi kontingentin döyüş bölgəsinə göndərilməsinə əl atıb.

İndi bu ssenari fantastik görünür. Lakin axı məhz Tramp Suriyaya zərbə endirmək qərarı ilə az qala ABŞ İran arasında müharibəyə səbəb olacaqdı. Halbuki özü əvvəllər prezident Obama komandasının xarici siyasətini avantürizmdə ittiham edirdi.

Bəs Bayden?

Bununla bağlı Prezident Vladimir Putinlə razılaşmamaq olmur – ABŞ-ın hazırkı liderinin bütün çatışmazlıqlarına və yaşla bağlı problemlərinə baxmayaraq, o, “köhnə məktəb”ə aid siyasətçisidir, daha təcrübəli və rasionaldır, təcrübəli aparatçılarla əhatə olunub.

Hazırkı administrasiya Moskvaya qarşı hibrid müharibə aparsa da, hələ də dünyanı nüvə fəlakətinin astanasına gətirə biləcək addımlardan çəkinməyə üstünlük verir. Buna görə də, məsələn, Vaşinqton Üçüncü Dünya Müharibəsini qızışdırmağa hazır olan Makron və onun Baltikyanı müttəfiqlərinin avantürizmini dəstəkləmir və eyni zamanda Ukraynaya silah tədarükündə kifayət qədər seçici davranır.

Bayden – fərdi siyasi xadim kimi deyil, müəyyən bir kollektiv obraz kimi daha təhlükəli, lakin hələ də proqnozlaşdırıla bilən rəqibdir. Məhz bu proqnozlaşdırıla bilənlik əsasında biz xüsusi hərbi əməliyyatın aparılmasına kömək edəcək kurs qururuq.

Ancaq unutmamalıyıq ki, Amerika siyasəti konkret fiqurlar və komandalar tərəfindən deyil, Trampın düzgün şəkildə “bataqlıq” kimi təsvir etdiyi ümumi sistem tərəfindən idarə olunur.

Onilliklər ərzində ABŞ isteblişmenti rusofobiya və Moskvanı strateji məğlubiyyətə uğratmaq arzusu ilə alışıb yanırdı. Bu cür hisslər uzun müddətdir ki, Konqresə, mediaya və qeyri-kommersiya təşkilatlarına üstünlük təşkil edir.

Təəssüf ki, onlar Rusiya ilə münaqişədən böyük gəlirlər əldə edən korporasiyalar tərəfindən fəal şəkildə istifadə olunmağa başlayıblar. Odur ki, qapalı dairə yaranıb. Bu dairə isə yalnız amerikan cəmiyyətində ciddi daxili silkələnmələr halında öz mövcudluğunu itirə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.