"Bakı ölüm zonası hesab olunur"
8-05-2024, 11:44
"Əhalinin Bakıya cəmlənməsi insanların ömrünün qısalmasına səbəb olan amillərdən biridir".
TEREF xəbər verir ki, bunu "Qaynarinfo"- ya açıqlamasında sosioloq Asif Yusifov deyib. Onun sözlərinə görə, Bakıda insanların məskunlaşması ciddi problemlərə səbəb olur:
"Bütövlükdə Qafqaz coğrafiyası uzun ömürlülər diyarı olub. İnsanın uzun ömür sürməsi üçün bütün faktorlar mövcuddur. Ona görə də Azərbaycan xalqı bu coğrafiyada həmişə uzun ömürlülər statistikasına daxil olub. Ancaq təəssüflər olsun ki, son 15-20 ildə Azərbaycan orta yaş həddinə görə sonuncu yerdə olan ölkələrin sırasında gəlir".
Sosioloqun fikrincə, bunun səbəbləri çoxdur:
"Həm təbii, həm də sırf insanla bağlı süni səbəblər var. Azərbaycan təbiəti kütləvi şəkildə özünün xarakterini dəyişir. Məsələn, Bakı şəhərində statistikaya əsaslansaq, yaşıllıqların ümumi sahəsi 1991-ci illə müqayisədə ən azı 50% azalıb. Bunun müqabilində isə isə insanların sayı kifayyət qədər çoxalıb".
Ekspert bildirib ki, Bakı yaşayış üçün təbii baxımdan ən əlverişsiz zonaya çevrilib:
"Səbəbi budur. İnsanın yaşadığı ərazidə hava ekoloji baxımdan təmiz, okisgenlə zəngin olmalıdır. Mütəxəssislərin verdiyi rəyə görə Bakı şəhərində okisgenin səviyyəsi yaşayış üçün tələb olunan səviyyədən iki dəfə azdır. Ona görə də bu mənada Bakı ölüm zonası hesab olunur. Okisgenin azlığı insan orqanizminin immun sisteminin aşağı düşməsinə, onun yaddaşının və bütövlükdə orqanizmin tez zəifləməsinə gətirib çıxardır".
Sosioloq əlavə edib ki, Azərbaycan əhalisinin təxminən yarısı Bakı şəhərində yaşayır:
"10 milyon əhalinin təxminən 2 milyonu Rusiyada, 1 milyona yaxını Türkiyədə, Ukraynada və digər ölkələrdədir. Deməli, Azərbaycanda real əhalinin 7 milyon civarında götürmək olar. Bunun da 3 milyon yarımı Bakı şəhərindədirsə, Azərbaycan əhalisinin təxminən yarısı paytaxt şəhərində cəmlənib. Ona görə də uzun ömürlülərin sayı azalır. Çox yaşamağın şərtləri də çoxdur. Burada psixoloji-sosial, təbii coğrafi faktorlarda var. Bakı şəhərində təbii yaşayış üçün tələb olunan şərtlərin heç biri mövcud deyil. Bakının nə uca dağları, nə də meşə örtüyü var. Nə çəmənləri, nə axar çayları mövcuddur. Bakı tarixən səhra zonasıdır".
Sosiloq hesab edir ki, xalqın bu gün istifadə etdiyi ərzaqların keyfiyyəti köklü sürətdə dəyişib:
"İnsanlar əvvəllər təbii ərzaqlarla qidalanırdısa bu gün az qala 90% əhali zərərli qatqıları olan məhsullarla qidalanır. Bunun nəticəsində orqanizimdə təbii qocalma prosesi sürətlənir. Məsələn, bu gün hamının böyük market şəbəkələrindən aldığımız məhsullar kimyəvi qatqılıdır. Onlar insan orqanizmində hüceyrələr tərəfindən sorulmur. Nəticədə orqanizmin qocalmasını sürətləndirir. Azərbaycan xalqının yenidən uzun ömürlülər siyahısına qayıtması üçün əvvala Ərzaq Təhlükəsizliyi mükəmməl şəkildə işlənməlidir və ölkəyə gətirilən trans yağlar, geni dəyişdirilmiş meyvələr tamamiylə bazardan yığışdırılmalı və insanların qida rasionundan çıxarılmalıdır".
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu Azərbaycanda uzun ömürlülərin statistiksa açıqlanıb. 2024-cü ilin may ayında yaşı 100 və 100-dən daha çox olan pensiyaçıların sayı 280 nəfər təşkil edib. Onların 36 nəfəri kişi, 244 nəfəri isə qadındır.