Ermənilər şərəfsizliklərindən əl çəkmirlər - İndidə çoban irimizi "özəlləşdirdilər...FOTO
9-05-2024, 16:29
Ermənilər Yerevanın girişində itə heykəl qoyub, bütün dünyaya (hətta YUNESKO-ya) bəyan ediblər ki, bu sırf onlara aiddir. Rus saytları da bu itləri erməni "qampr" kimi tanıdır. Ermənilər tarixən böyük heyvan sürülərənə sahib olmadıqlarından, it seleksiyası onların maraq dairəsində deyildi. Böyük sürülər və onu qoriyan çoban itləri, yalnız maldar tayfalarda olub.
BDU-nun Elmi Tədqiqat və Tədris Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi yazır: Bu əsl çoban itləridir və ən çox Anadoluda, Ağbaba – Şörəyəl, Borçalı bölgələrində, Azərbaycanın Qazax, Tovuz, Gədəbəy rayonlarında rast gəlinir. Doq, Mastiff və ya Samsun cinsi kimi tanınır (ensiklopediya). 1970-80 ci illərdə ermənilər həmişə gəlib Ağbaba mahalında bu itlərdən almaq istəyirdilər. Soruşanda isə deyərdilər ki, it boğuşdurma yarışları üçün alırıq”. Eldar Tağıyev TEREF