Adambaşına düşən gəlir indeksində "acınacaqlı" yerimiz... - Qabon, Botsvana və Qrenadadan sonra...

10-05-2024, 19:11           
Adambaşına düşən gəlir indeksində "acınacaqlı" yerimiz... -
Azərbaycanın iqtisadi uğurları ilə çox da öyünmək olmur. Hər şeydən əvvəl ölkə iqtisadiyyatı birrənglidir. Yəni bu istiqamət tamamilə neft gəlirlərindən asılıdır. Qeyri-neft sektoru yalnız geriləyir. Bu sektorun adına çıxılan çox şey də əslində neftə bağlıdır.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi ilə də öyünmək mümkün deyil. Çünki göstərici çox aşağıdır. Həm də dünyada ÜDM-yə münasibətdə daha çox adambaşına düşən gəlir indeksi ciddi müqayisə vasitəsi hesab olunur. Birinci yerdə Lüksemburq qərarlaşıb. Bu kateqoriya üzrə Seyşel adaları, Panama, Andorra, Trinidad və Tobaqo, Dominikan Respublikası, Sent-Kits və Nevis, Qazaxıstan, Antiqua və Barbuda bizdən çox irəlidədir. Qabon, Qrenada, Botsvanadan da geri qalırıq. Azərbaycan 93-cü pilləni tutmağı bacarıb.

Ümumdaxili məhsul ölkədəki istehsalatın real göstəricilərini ortaya qoyan rəqəmlər toplusudur. Bura hətta xarici şirkətlərin ölkə ərazisindəki nəticələri də daxildir. Onsuz da bizim həm özəl sektorun, həm də dövlət konsernlərinin xaricdə böyük işləri yoxdur. Daha çox xarici şirkətlər burada iş görür və ümumi daxili məhsula töhfəsini verir. Amma yenə də də göstəricilərin aşağı olmasını gizlətmək mümkün deyil.

Ümumi daxili məhsulun həcmi iqtisadiyyatın əsas göstəricisi sayılır. Adambaşına düşən gəlir indeksi isə real mənzərəni təsvir edir. Lüksemburqun lider olması, İrlandiyanın, Sinqapurun, Danimarkanın, Norveçin liderlər qrupunda yer alması təsadüfi deyil. Bu ölkələr iqtisadiyyatı gücləndirmək üçün konkret konsepsiya ortaya qoyublar. İqtisadiyyatlar sabit yol getməyə başlayıb, hər hansı xarici amillərdən asılı vəziyyətdə qalmayıb. Azərbaycan ən yaxşı halda yerində sayır, hərdən geri addım atmağı da özünə rəva görür. Çünki xarici amillər əsas sözü deyir. Neft varsa, Azərbaycanda iqtisadiyyat da var. Neft tükənməyə başlayanda, qiymət kəskin aşağı düşəndə ağlamalı günə qalırıq.

ÜDM ilə bağlı son hesabatda bütün dövlətlərin göstəricilərini qeydə almaq mümkün olmayıb və ya iqtisadiyyatın yoxluğu əsas götürülüb. Məsələn, Əfqanıstan, Eritreya, Livan, Şri-Lanka, Suriyada adambaşına düşən milli gəlirin miqdarını demək olmur. Qalan ölkələrin arasında Cənubi Sudan ən kasıbı sayılır. Burundi və Mərkəzi Afrika Respublikasında da vəziyyət yaxşı deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.