"Bu revanşist hərəkat yalnız Paşinyana qarşı deyil, həm də Azərbaycana qarşıdır...”
11-05-2024, 17:24
“Bu, o vaxta qədər davam edəcək ki, pərdə arxasındakı ssenaristlər, bunu körükləyənlər dayanacaqlar və yaxud ssenarini mərhələ-mərhələ davam etdirəcəklər...”
“Hansı dövrdə yaşamağına, kim olmasına; keşiş, daşnak, kommunist və ya müstəqil adam olmasına, hansı vəzifədə, kürsüdə çalışmasına rəğmən erməni erməniliyini heç vaxt unutmur. Bu mənada keşiş Baqratın Paşinyan hakimiyyətinə qarşı başlatdığı bu hərəkat da erməniçiliyin mahiyyətindən irəli gəlir. Bütün bunlar Ermənistan gerçəkliyinə və erməniçiliyə uyğun olaraq atılan addımlardır. Və bu hərəkat real bir nəticəyə gətirib çıxarıb-çıxarmayacağından asılı olmayaraq bir müddət davam edəcək”.
Siyasətçi hesab edir ki, əslində bu revanşist hərəkat yalnız Paşinyana qarşı deyil, həm də Azərbaycana qarşı yönəlib.
“Onu da deyim ki, bu revanşist hərəkat yalnız Paşinyana qarşı deyil, həm də Azərbaycana qarşıdır. Çünki onun arxasında dayananlar Ermənistan-Azərbaycan gərginliyinin aradan qalxmasının, iki ölkə arasında münasibətlərin yumşalmasının, sülh danışıqlarının qarşıdır. Eyni zamanda bu, keşiş Baqratın öz başının məhsulu deyil. Onun arxasında duranlar, onu yönləndirənlər var. Amma bu bir müvəqqəti haldır. Bu hərəkat o vaxta qədər davam edəcək ki, pərdə arxasındakı ssenaristlər, bunu körükləyənlər dayanacaqlar və yaxud ssenarini mərhələ-mərhələ davam etdirəcəklər.
“Bəs ssenaristlər kimlərdir” sualını isə partiya sədri belə cavablandırıb:
“Bu birbaşa bu məsələnin arxasında iki ölkənin dayandığı aşkar görünür. Amma bütüh hallarda dediyim kimi, bu, erməni mahiyyətindən irəli gəlir”.
Sultan Laçın