Almatı görüşü, Yerevanda və Tbilisidə aksiyalar... – Rauf Mirqədirov

14-05-2024, 17:18           
Almatı görüşü, Yerevanda və Tbilisidə aksiyalar... – Rauf Mirqədirov
Mayın 10-11-də Almatı şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Şənbə günü Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

Ermənistanda mayın əvvəlindən geniş vüsət alan “Vətən üçün Tavuş” etiraz hərəkatı başlayıb.Mayın 10-dan Ermənistan müxalifəti bütün ölkə boyu dinc itaətsizlik aksiyalarına başladığını elan edib. Baqrat Qalstanyan Baş nazir postuna namizədlərinin olduğunu və adını açıqlayacağını da deyib. “Amma bu, keçmiş prezident Robert Köçəryan deyil”. Keçmiş Ombudsman Arman Tatoyanın namizədliyinin irəli sürülə biləcəyi ilə bağlı suala arxiyepiskop müsbət cavab verib.

Şənbə günü Tbilisidə on minlərlə insan küçələrə çıxıb. Onlar hakimiyyətin qəbul etməyə çalışdığı “xarici agentlər haqqında” qanuna etiraz edirlər. Bütün gün davam edən nümayiş gecə saatlarına qədər davam edib.“Xarici agentlər” haqqında qanunun əleyhdarları mayın 12-dən 13-nə keçən gecəni Gürcüstan parlamentinin binası yaxınlığında keçiriblər. Bu gün qalmaqallı qanun layihəsinin üçüncü yekun oxunuşda müzakirə olunacağı parlamentin hüquq komitəsinin iclasının keçirilməsi planlaşdırılır.Parlamentdə üçüncü oxunuşda səsvermə mayın 14-də baş tutmalıdır. Avropa İttifaqı və ABŞ Tbilisiyə xəbərdarlıq ediblər ki, bu Rusiyayönlü qanunun qəbulu Gürcüstanı Aİ və NATO-dan uzaqlaşdıracaq.
Siyasi şərhçi Rauf Mirqədirov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində baş verənlər haqda danışır.

Kamran Mahmudov
Turan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.