"Sülhlə bağlı müəyyən narazılıqlar aradan qalxıb, Cenevrə görüşü yeni əlaqələr yaranmasına səbəb olacaq"

14-05-2024, 18:44           
"Sülhlə bağlı müəyyən narazılıqlar aradan qalxıb, Cenevrə görüşü yeni əlaqələr yaranmasına səbəb olacaq"
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər.Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilib ki, Ermənistan nümayəndə heyəti mayın 15-18-də Parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclasında iştirak etmək üçün orada olacaq.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.
"Sülhlə bağlı müəyyən narazılıqlar aradan qalxıb, Cenevrə görüşü yeni əlaqələr yaranmasına səbəb olacaq" - PolitoloqPolitoloq Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşləri tərəflər arasında yeni əlaqələr yaranmasına səbəb olacağını bildirib:

"Bundan əvvəl də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında görüş keçirilİB. Ümumiyyətdə parlament sədrlərinin görüşü vacibdir. Azərbaycan Ermənistanla müxtəlif səviyyələrdə danışıqları davam etdirir. Təkcə diplomatik deyil, eyni zamanda qanunverici hakimiyyət orqanlarının görüşləri vacib əhəmiyyətlərə malikdir. Bu gün Azərbaycanla Ermənistan arasında bir çox problem həll olunub və bu proses davam edir. Delimitasiya prosesi ilə bağlı işlər görülür. Sülhlə bağlı müəyyən narazılıqlar aradan qalxıb. Bu fonda parlament sədrləri arasında görüşlərin keçirilməsi müstəsna əhəmiyyətə malikdir.

Bu görüş sülh prosesinə də müsbət təsir edəcək. Çünki parlament sədrləri təkcə iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin detelları deyil, eyni zamanda iki ölkə arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı verə biləcəyi tövhələr ətrafında da müzakirələr aparılacaq. Bu baxımdan Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşləri tərəflər arasında yeni əlaqələr yaranmasına səbəb olacaq. Bu da iki ölkənin gələcək münasibətləri baxımından mühim əhəmiyyətə malikdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.