Bu ilin ilk 4 ayında, keçən ilin eyni dövrü ilə müqaisədə adambaşına düşən ÜDM 197 manat 40 qəpik AZALIB - İDDİA/FOTO
16-05-2024, 10:04
Millət, hökumət ÜDM (Ümumi Daxili Məhsul) məsələsində aləmi bir-birinə qatıb, çaşqınlıq yaranıb, rəqəmlər düz gəlmir, amma bütün rəsmi qurumlar elan ediblər ki, ÜDM 4,3% artıb – nədən belə əl-ayağa düşüblər, onu da deyim: Keçən il Azərbaycan MDB ölkələri arasında ÜDM artım tempinə görə sonuncu yer tutdu, hökumət bunu izah edə bilmədi, çox güman, Prezident hökumətdən bunun səbəblərini tələb etdi. Hökumət də ən yaxşı bacardığı işi etməyə başladı – təsnifatı, rəqəmləri kağız üzərində dəyişərək artım “rəsmi” çəkməyə çalışdı.
DSK-i və İqtisadiyyat Nazirliyi açıqlama verdi ki, sitat: “2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 3748,1 manata bərabər olub”.
Xub, belədirsə nə gözəl, biz də istəyirik ki, iqtisadiyyatımız inkişaf etsin, amma elə həmin DSK-nin 2023-cü illə bağlı rəsmi məlumatında başqa rəqəmlərdir axı, sitat: “2023-cü ilin yanvar-aprel aylarında ölkədə 39986,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 3945,5 manata bərabər olmuşdur”.
Yaxşı, hörmətli qalstuklu müəllimlər, sizin öz rəqəmlərinizə görə, 2023-cü ilin yanvar-aprelində ÜDM 39986,5 milyon, adambaşına düşən ÜDM isə 3945,5 manat olub, bu ilin, 2024-cü ilin eyni dövründə ÜDM 38181,9 milyon manat, adambaşına düşən ÜDM isə 3748,1 manat olub – yəni, bu ilin ilk 4 ayında, keçən ilin ilk 4 ayına nisbətən ÜDM 3 mlrd. 423 mln. manat AZALIB, yaxşı, bu 4,3%-lik artımı hardan dartıb-çıxartdınız?! Onu da deyim ki, sizin öz rəsmi məlumatlarınaza görə bu ilin ilk 4 ayında, keçən ilin eyni dövrü ilə müqaisədə adambaşına düşən ÜDM 197 manat 40 qəpik AZALIB. Bir daha – nədən, “ÜDM artıb”, tezisini tirajlayırsınız?! Bu uyğunsuzluğu kimsə izah edəcəkmi?! Hökumətin bacarıqsız iqtisadi komandası nədən rəqəmlərlə oynayır, həqiqəti kimdən gizlədir?!
Natig Cəfərli
TEREF