Fitsoya sui-qəsddə Rusiya izi: xüsusi xidmət orqanları “döyüş yolunda”

16-05-2024, 09:09           
Fitsoya sui-qəsddə Rusiya izi: xüsusi xidmət orqanları “döyüş yolunda”
Slovakiyanın Baş nazirinə sui-qəsd Rusiyanın Qərbə qarşı hibrid eskalasiyasının növbəti mərhələsidir

Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd təşkil edilib: Baş nazir hökumətin iclasından sonra yerli sakinlərin qarşısına çıxanda ona bir neçə dəfə atəş açılıb. Fitso ağır yaralanıb (sosial şəbəkələrdən birindəki rəsmi səhifəsində onun vəziyyətinin ağır olduğu və hər şeyin yaxın bir neçə saatda bilinəcəyi bildirilib). Hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yerindəcə saxlanılıb. Bu, Slovakiyanın Leviçe şəhər sakini olan 71 yaşlı kişidir.

Slovakiya Prezidenti Zuzana Çaputova Fitsoya edilən hücumdan sarsıldığını bildirib və siyasətçiyə tezliklə şəfa arzulayıb.

Bu arada, rus təbliğatçıları artıq bu hadisədə “Ukraynalı neonasistlərin” izlərini tapmağa çalışırlar.

Həbs edilən 71 yaşlı kişinin açıq-aşkar Rusiya əlaqəsi olmasa belə, Rusiya təbliğatı və hibrid alətləri aktiv şəkildə işləyir:

Birincisi, ultrasağ/ultrasol ksenofobiya, vətəndaşlarda dövlət qurumlarına və onların nümayəndələrinə inamsızlıq yaratmaq;

İkincisi, Qərbi Avropa ölkələrinin cəmiyyətlərindəki parçalanmalardan istifadə etmək və hissləri radikallaşdırmaq;

Üçüncüsü, hədəf ölkələrdə toqquşmaları və daxili güc/qeyri-güc qarşıdurmasını təhrik etmək və gücləndirmək.

Biz təkcə Avropanın bir çox ölkələrində milli seçkilərin hazırkı tsikllərindən, yaxud iyun ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdən danışmırıq. Bu, Kremlin Avropa ölkələrində (həm avropapərəst, həm də hakimiyyətdə avroskeptiklərin olduğu) vəziyyətin sabitliyini pozmaq üçün bu ölkələrin qeyri-hərbi zəifləməsini maksimum dərəcədə artırmaq məqsədi ilə həyata keçirdiyi strateji kampaniyanın bir hissəsidir.

Fakt budur ki, Kremlin nöqteyi-nəzərindən bu yolla ən çox zəifləyən Avropa ölkələri bunlardır: Rusiya Federasiyasını cilovlamaqdan və Ukraynaya kömək etməkdən daha çox öz problemlərinə diqqət yetirəcək ölkələr, Rusiyanın NATO-ya qarşı növbəti hibrid/silahlı təcavüzü üçün daha asan hədəf olacaq ölkələr.

Hər halda, Slovakiyanın Baş nazirinə sui-qəsd Rusiyanın Qərbə qarşı hibrid eskalasiyasının növbəti mərhələsidir.

Müəllif: Taras Jovtenko – Ukraynalı beynəlxalq təhlükəsizlik eksperti.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.