Ən çox xarici dil bilən deputatlarımız - SİYAHI
16-05-2024, 15:18
Qloballaşan dünyada siyasi gündəmin davamlı dəyişməsi, inkişaf etməsi xarici dillərə olan tələbatı artırır.
Hər bir vətəndaş üçün xarici dil biliklərinin olması üstünlük hesab olunur. Ancaq söhbət Milli Məclisi təmsil edən deputatlardan gedirsə, bu, diplomatiyada sözügedən şəxslər üçün daha önəmli şərtdir. Çünki siyasi arenada əlavə dil vacib hesab edilir.
Bəs ən çox xarici dil bilən deputatlarımız kimlərdir?
Bizim.Media Milli Məclisin rəsmi saytına istinadən poliqlot millət vəkillərinin siyahısını təqdim edir:
Kamal Cəfərov - 63 saylı Sabirabad birinci seçki dairəsindən seçilmiş deputat ingilis, rus və fransız dillərini bilir.
Nizami Cəfərov - 108 saylı Ağstafa seçki dairəsindən seçilmiş millət vəkili rus, ingilis və fars dillərini bilir.
Jalə Əliyeva - 92 saylı Zərdab-Ucar seçki dairəsindən seçilmiş deputat Jalə Əliyeva rus, ərəb və ingilis dillərini bilir.
Kamilə Əliyeva - 111 saylı Zaqatala-Balakən seçki dairəsindən seçilmiş deputat rus, ingilis və ərəb dillərini bilir.
Cavanşir Feyziyev - 115 saylı Şəki kənd ikinci seçki dairəsindən seçilmiş millət vəkili rus, ingilis və fransız dillərini bilir.
Tural Gəncəliyev - 122 saylı Xankəndi seçki dairəsindən seşilmiş deputat ingilis, rus və fransız dillərini bilir.
Rafael Hüseynov – 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən seçilmiş deputat fars, ingilis, rus və tacik dillərini bilir.
Şahin İsmayılov - 81 saylı Beyləqan seçki dairəsindən seçilmiş millət vəkili fransız, ingilis və rus dillərini bilir.
Tahir Mirkişili - 42 saylı Sumqayıt ikinci seçki dairəsindən seçilmiş deputat ingilis, rus və alman dillərini bilir.
Elşən Musayev - 110 saylı Zaqatala seçki dairəsindən seçilmiş deputat ingilis, rus və alman dillərini bilir.
Bəhruz Məhərrəmov - 66 saylı Biləsuvar seçki dairəsindən seçilmiş millət vəkili ingilis, rus və ivrit dillərini bilir.
Razi Nurullayev - 79 saylı İmişli seçki dairəsindən seçilmiş deputat rus, ingilis, fransız və alman dillərini bilir.
Cavanşir Paşazadə - 75 saylı Lənkəran-Masallı seçki dairəsindən seçilmiş deputat rus, tacik və özbək dillərini bilir.
Anatoliy Rafailov - 53 saylı Quba-Qusar seçki dairəsindən seçilmiş millət vəkili rus, ingilis və fars dillərini bilir.
Səməd Seyidov - 107 saylı Qazax seçki dairəsindən seçilmiş deputat ingilis, fransız və rus dillərini bilir.
Qeyd edək ki, siyahıda 3 və daha çox xarici bil dilən deputatlara yer verilib. Milli Məclisdə 3 dil bilən deputatların sayı 15-dir. Hazırda Milli Məclisin poliqlot deputatları Razi Nurullayev və Rafael Hüseynov sayılır. Belə ki, Razi Nurullayev rus, ingilis, alman, fransız, Rafael Hüseynov isə fars, ingilis, rus və tacik dillərini bilir. 6-cı çağırış Milli Məclisdə 5 dil bilən deputat yoxdur.
Məlumat üçün onu da bildirək ki, erməni dilini bilən yeganə deputat Elman Məmmədovdur.