İRAN PREZİDENTİNİ DAŞIYAN HELİKOPTER QƏZAYA UĞRADI - Rəisinin vəziyyəti ilə bağlı ziddiyyətli xəbərlər yayılır + VİDEO (Yenilənib)

20-05-2024, 08:17           
İRAN PREZİDENTİNİ DAŞIYAN HELİKOPTER QƏZAYA UĞRADI -
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib.

***

22..03

İranın ali dini lideri Ayətullah Xamenei prezident İbrahim Rəisinin qəzaya düşməsi ilə bağlı açıqlama yayıb.

Bu barədə İran mediası məlumat yayıb.

Xamenei bildirib ki, ölkənin işində heç bir axsama olmayacaq.

"Ölkənin işində heç bir axsama olmayacaq... Ümid edirik ki, Allah prezidenti və onun yoldaşlarını millətə qaytaracaq. Hər kəs öz sağlamlığı üçün dua etməlidir", - deyə İranın ali dini lideri bildirib.

***

Xilasetmə briqadaları İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etdiyi yerə çatıblar.

Bu barədə İran dövlət telekanalının müxbiri bildirib.

Onun sözlərinə görə, ərazidə qaranlıq düşüb və yağış yağır. Palçıq səbəbindən texnika və insanların hərəkəti çətinləşib. Həmçinin, ərazi dağlıq olduğundan xilasedicilər piyada hərəkət edirlər.

***

İranın vitse-prezidenti Möhsün Mənsuri ölkənin prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi yerə gedib.

Bu barədə rəsmi hökumət nümayəndəsi Əli Bahadori Cəhromi məlumat verib.

"İcra işləri üzrə vitse-prezident hökumətin bəzi üzvləri ilə birlikdə Təbrizə yollandıb", - deyə hökumət nümayəndəsi "X" hesabında yazıb.

Qeyd olunur ki, nazir əməliyyat başa çatdıqdan sonra zərərçəkənlərə yardımı koordinasiya etmək üçün axtarış bölgəsindədir.

***

20:03

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad "Instagram" hesabında hazırkı dövlət başçısı İbrahim Rəisinin öldüyünü elan edib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi isə Prezident İbrahim Rəisinin helikopterinin axtarışı üçün ordunun, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və polisin bütün qüvvələrindən istifadə olunmasını əmr edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.