İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları bildirildi

20-05-2024, 08:05           
İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopter qəzasından sağ çıxan olmayıb.

Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivand deyib.

“Qəzaya uğramış helikopter qalıqlarının tapıldığı yerdə sağ qalmış sərnişin olmayıb”, - Kolivand IRIB-ə bildirib.

06:05

İran prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdə olan sərnişinlərin siyahısı açıqlanıb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı helikopterin göyərtəsində prezidentdən başqa Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti, pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçilərdən biri olub.

04:39

İran Prezidenti İbrahim Rəisinin helikopterinin göyərtəsində olan Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli əl Haşimi iki dəfə telefonla əlaqə saxlayıb və səhhətindən şikayətlənib.
İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları bildirildi
Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Mehdi Səfəri bildirib.

"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterin qalıqları olduğu ehtimal edilən yer müəyyən edilib. Bir neçə dəqiqə əvvəl hadisə yerində olan heyət üzvünün helikopterindən və mobil telefonundan bir siqnal alındı. Hazırda biz bütün hərbi qüvvələrlə sözügedən bölgəyə yola düşürük və ümid edirəm ki, insanlara müjdə verəcəyik", - "Tasnim" agentliyi ondan sitat gətirib.

Xatırladaq ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

00:38

İranın "Fars" agentliyi Rəisinin helikopterinin axtarışı üzrə əməliyyatın yeni görüntülərini paylaşıb.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi və bir neçə dövlət rəsmisinin olduğu helikopter 19.05.2024 tarixində Şərqi Azərbaycan əyalətində qəza enişi edib. Helikopterin axtarışı davam edir.

Sözügedən görüntüləri təqdim edirik:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.