İran Qızıl Aypara Cəmiyyəti: "İbrahim Rəisinin qəzaya uğrayan helikopteri tapıldı"

20-05-2024, 08:12           
İran Qızıl Aypara Cəmiyyəti: "İbrahim Rəisinin qəzaya uğrayan helikopteri tapıldı"
İran Qızıl Aypara Cəmiyyətinin (IRCS) prezidenti Pir-Hüseyn Kolivənd İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin tapıldığını təsdiqləyib.

O bildirib ki, komandalar qəzaya uğrayan helikopterin qalıqlarının yerləşdiyi ərazidədirlər.

Qeyd edək ki, daha əvvəl Qızıl Aypara Milli Fövqəladə Hallar İdarəsi Qərargahı xilasetmə qruplarının Türkiyənin "Akıncı" pilotsuz uçan aparatı tərəfindən müəyyən edilmiş iki qaynar nöqtəyə hərəkət etdiyini açıqlamışdı.
06:32

İranın xilasedici dəstələri Prezident İbrahim Rəisinin qəzaya uğradığı helikopterin yerini aşkarlayıblar.

Bu barədə "Press TV" telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, İranın Qızıl Aypara Cəmiyyəti də Rəisinin helikopterinin qəzaya uğradığı yerin müəyyən edildiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə PUA-sı ərazidə Rəisinin helikopterinin dağıntılarının ola biləcəyi istilik mənbəyi tapıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.